21:15 19.04.2021 909

AÇ: 3-ü yarımfinalda uduzdu, Bayramov finala çıxdı

Bu gün Polşanın paytaxtı Varşavada güləş üzrə Avropa çempionatı start götürüb. 

Fanat.Az xəbər verir ki, yarışda öncə sərbəst güləşçilər mübarizəyə qoşulub. İlk yarış günündə Azərbaycanın 5 təmsilçisi xalça üzərinə çıxıb. Digər çəkidə güləşənlər isə növbəti gün yarışa başlayacaq. Bu gün güləşçilərdən birinin ilk görüşü 1/16 finala, dördününkü isə 1/8 finala təsadüf edib.
 
57 kq
1/8 final: Əfqan Xaşalov ilk görüşündə Yannis Martidisi (Yunanıstan) 10:0 hesabı ilə məğlub edərək, növbəti mərhələyə yüksəlib. İkinci sınağında Rumıniya təmsilçisi ilə qarşılaşan idmançımız gərgin görüşdən qalib ayrımağı bacarıb və adını yarımfinala yazdırıb. Amma Əfqan rusiyalı Naçın Monquşla görüşdə uduzaraq, finala çıxa bilməyib. O, sabah bürünc medal uğrunda görüşə çıxacaq.

65 kq
1/8 final: Əli Rəhimzadə erməni Gevorq Tadevosyanla görüşdən 2:1 hesablı qələbə ilə ayrılıb. İdmançıımız ikinci sınağından da qalib ayrılıb. O, bu dəfə Gürcüstan güləşçisini 9:4 hesabı ilə məğlub edərək, yarımfinala çıxıb. Bu mərhələdə Rusiya güləşçisi ilə görüş maraqlı alınıb. Rəhimzadə hesabda 4:0 öndə olsa da, ikinci hissədə təşəbbüsü əldən verərək, uduzub - 5:8. Bununla belə, Əli sabah üçüncü yer uğrunda qüvvəsini sınayacaq.
 
70 kq
1/8 final: Turan Bayramov ilk sınağında  Nikolae Koyokarunu (Böyük Britaniya)  10:0 hesabı ilə məğlub edib. Yarımfinal gedən yolda isə Turan türkiyəli idmançıdan güclü olub. Bu mərhələdə ukraynalı İqor Nikiforuku 5:0 hesabı ilə üstələyən Bayramov finala vəsiqə qazanıb. O, sabah qızıl medal uğrunda yarışacaq. Turanın rəqibi rusiyalı İsrail Kasumov olacaq. 
 
79 kq
1/16 final: Rəşad Yusifli də yarışa uğurla başlayıb. İdmançımız öncə Andrey Sokalski  (Polşa)  9:0, ardından Oktay Hasan (Bolqarıstan) üzərində 3:0 hesablı qələbə sayəsində 1/4 finala adlayıb. Burada Andrey Karpaçdan (Belarus) güclü olan güləşçimiz yarımfinala yüksəlib. Yarımfinalda Fransa təmsilçisi Sayfedin Alexma ilə dueldən məğlub ayrılan güləşçimiz sabah bürünc medal görüşünə çıxacaq. O, Osman Haydari (Albaniya) - Alans Amirovs (Latviya) cütünün qalibi ilə üz-üzə gələcək.
 
97 kq
1/8 final: Şamil Zubairov mübarizə aparmadan 1/8 finala yüksəlib. Onun rumıniyalı rəqibi Albert Saritov xalça üzərinə çıxmayıb. Şamil növbəti görüşdə türkiyəli idmançıya 4:6 hesabı ilə uduzub. 
 
Qeyd edək ki, sərbəst, yunan-Roma və qadın güləşi üzrə Avropa çempionatına aprelin 25-də yekun vurulacaq.
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

29 May 2025
13:21

"Mançester Yunayted" asiyalılarla bacarmadı

13:03

Pelleqrini "Çelsi"nin geridönüşünün səbəbini belə izah etdi

12:45

Premyer Liqada növbəti mövsümün “transfer pəncərələri”nin vaxtı açıqlandı

12:27

İngiltərə futbolu tarixində bu qədər kubok qazanılmamışdı

12:08

"Real Madrid" ulduzu ilə bağlı qərarını dəyişdi - SON DURUM

11:50

Jonatan Ta "Bayern Münhen"də - RƏSMİ

11:33

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

11:16

"Araz-Naxçıvan"da daha bir yeni müqavilə - RƏSMİ

10:58

İspaniya millisinin sabiq oyunçusu klubsuz qaldı

10:39

Finala doğru: Qurbanov 7, Berezutski ilk üçün

10:02

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:43

Premyer Liqada mövsümün rəmzi komandası müəyyənləşdi - Nə "Arsenal"dan oyunçu var, nə də "Mançester Siti"dən

09:22

Minifutbol: Azərbaycan millisi İngiltərəylə qarşılaşır

09:00

Səudiyyə Ərəbistanında mövsümün ən yaxşı oyunçusu bilindi - Ronaldu deyil

00:51

UEFA Konfrans Liqasının qalibi müəyyənləşdi

00:03

Azərbaycanın çimərlik güləşçiləri AÇ-də 3 medal qazandılar

28 May 2025
23:50

DÇ: 1/4 finalın bütün cütləri müəyyənləşdi

23:34

DÇ: Gürcüstan 1/4 finala yüksələ bilmədi

23:06

"Şamaxı"da növbəti ayrılıq - RƏSMİ

22:44

"Bu anı səbirsizliklə gözləyirəm" - Zidan Fransa yığmasından danışdı

22:07

DÇ: Çexiya 4 cavabsız qolla 1/4 finalda

21:40

"Traktor" baş məşqçisi ilə müqavilə yenilədi -RƏSMİ

21:15

"Fiorentina"nın baş məşqçisi istefa verdi - Bir neçə gün öncə müqavilə bağlamışdı

20:54

"Ümid edirəm ki, tortu gilənarla bəzəyəcəyik" - Lautaro Martines

20:17

Futbolçu faciəli şəkildə vəfat etdi

19:49

"Belə matçlarda iştirak etməyi uşaqlıqdan arzulayırsan" - Usman Dembele

19:06

DÇ: Növbəti 1/4 finalçı bilindi

18:49

"Şamaxı" tanzaniyalı yarımmüdafiəçi ilə anlaşdı - RƏSMİ

18:10

Pley-off qarşılaşmasını "Difai" qazandı

17:54

Slot ən yaxşı məşqçi seçildi

17:23

İsveçli əfsanə klubsuz qaldı

16:52

"Mbappedən Messinin üslubunda oynamağı xahiş etməyin" - Mişel Platini

16:11

"ASK Arena"da “Fair Play Matçı” keçirilib

15:57

"Çelsi" və "Betis" fanatları dalaşdılar

15:06

"Sabah"ın ilk finalı

14:55

"Qarabağ" Azərbaycan Kubokunun mütəq rekordçusudur

14:24

Pelleqrini "Çelsi"yə qarşı final oyunundan öncə belə danışdı

13:47

Gökhan Gönül istefa verdi

13:14

Özbəkistanın U-16 millisi Bakıya gəlib

12:39

"Həm Ukraynada, həm də Avropada kuboklar qazanmaq istəyimiz böyükdür" - Arda "Şaxtyor"a keçidini dəyərləndirdi

Facebookdan bizi izləməyi unutmayın.
X