Aprel ayının 23-də UEFA-nın iclas keçirəcək.
Fanat.Az xəbər verir ki, toplantıda Avropa Superliqasınin qurucusu olan klubların Çempionlar Liqasından kənarlaşdırılması müzakirə olunacaq.
Bu barədə Bild məlumat yayıb. Söhbət "Mançester Siti", "Real" və "Çelsi" klublarından gedir.
Qərar bu 3 klubun əleyhinə veriləcəyi təqdirdə, Çempionlar Liqasının yarımfinalçısı PSJ avtomatik olaraq turnirin qalibi elan olunacaq.
Bir başqa variant isə, Çempionlar Liqasının 1/4 finalında turnirlə vidalaşan "Bavariya", "Borussiya" (Dortmund) və "Portu"nun yarışa qaytarılmasıdır.
Fanat.Az