Yunan-Roma güləşi üzrə dünya və Avropa çempionu Eldəniz Əzizli mayda Bolqarıstanın paytaxtı Sofiyada keçiriləcək Dünya Olimpiya Təsnifat turnirində iştirak etməyəcək.
Bu ay Polşanın paytaxtı Varşavada keçirilən Avropa çempionatında 55 kq çəki dərəcəsində bürünc medal qazanan Eldəniz Əzizli Oxu.Az-a açıqlamasında bunu belə izah edib: "Özümü yaxşı hiss etmirəm. Çəkim azdır. Sonuncu yarışdan yeni gəlmişəm. Yorğunam. Həm də oruc tuturam deyə alınmır”.
Qeyd edək ki, 60 kq çəki dərəcəsində Olimpiadaya lisenziyanı Murad Məmmədov qazanmağa çalışacaq.
Fanat.Az