Avropa Liqasının final matçında azarkeşlər iştirak edə biləcək.
Fanat.Az xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.
Polşanın Qdansk şəhərində keçiriləcək həlledici görüşə stadionun tutumunun 25 faizi qədər, yəni 9500 azarkeş buraxılacaq.
Qeyd edək ki, final oyunu mayın 26-da baş tutacaq. Burada "Mançester Yunayted” (İngiltərə) – "Roma” (İtaliya) və "Vilyarreal” (İspaniya) – "Arsenal” (İngiltərə) cütlərinin qalibləri qarşılaşacaq.
Fanat.Az