UEFA Çempionlar Liqasında 2020/2021 mövsümün final oyununun yeri Türkiyənin İstanbul şəhərindən alınıb.
Fanat.Az xəbər verir ki, məlumatı tanınmış jurnalist Nikola Skira yayıb.
O, tvitter səhifəsində bununla bağlı rəsmi qərarın bir neçə saat ərzində açıqlanacağını yazıb.
İngiltərənin "Çelsi” və "Mançester Siti” klublarının üz-üzə gələcəyi həlledici görüşün London və ya Lissabonda baş tutacağı deyilir.
Qeyd edək ki, ötən gün UEFA Çempionlar Liqasının final oyununun Türkiyənin İstanbul şəhərindən alınacağı ilə bağlı xəbərləri şərh etməmişdi.
Fanat.Az