Yaponiyanın "Vissel Kobe" klubu ispaniyalı yarımmüdafiəçi Andres İnyesta ilə müqaviləni yeniləyib.
Fanat.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Xəbərə görə, bu gün 37 yaşı tamam olan futbolçu ilə yeni sözləşmə 2023-cü ilin yayınadək uzadılıb. Mərasimə onun doğum şərəfinə tort gətirilib.
Qeyd edək ki, Andres İnyesta "Vissel Kobe"yə 2018-ci ildə İspaniya "Barselona"sından keçib.