UEFA Çempionlar Liqasının final oyunu Türkiyənin İstanbul şəhərindən Portuqaliyanın Portu şəhərinə keçiriləcək.
Fanat.Az xəbər verir ki, bu barədə xarici mətbuatda məlumatlar yayılıb.
Yayılan xəbərlərə görə, görüş mayın 29-da "Draqan" stadionunda keçiriləcək.
Daha əvvəl bu matçı Londondakı "Uembli" stadionu və ya Portuqaliyanın paytaxtı Lissabondakı arenalardan birinin qəbul edəcəyi iddia olunurdu.
Qeyd edək ki, İngiltərənin "Mançester Siti" və "Çelsi" komandaları arasında keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.
Fanat.Az