21:41 20.05.2021 4254

"Neftçi" 6 futbolçusunu yola salır - ADLAR

Uzun sürən həsrətdən sonra Azərbaycan çempionu olan "Neftçi" heyətini gücləndirməkdə maraqlıdır.

Fanat.Az-ın məlumatına görə, baş məşqçi Samir Abasov heyətə azı 5 yeni oyunçu qatılmasını istəyir.

Şübhəsiz, gələnlər fonunda komandadan ayrılanlar da olacaq. Artıq Abasovun daha yaxşıları ilə əvəz etmək istədiyi futbolçuların ilkin siyahısı bəllidir. Rəhbərliyin ümidlərini doğruldan çalışdırıcı həm səviyyəni yaxşılaşdırmaq, həm də "oturuşmuş" heyəti qorumaqda maraqlıdır.

Qışda "Sofiya" MOİK-indən icarəyə götürülən Ahmed Ahmedovun vurduğu qol sayəsində çempionluğu bayram edən "ağ-qaralar"ın bu hücumçu ilə bağlı dəqiq qərar verməyə çətinlik çəkdiyi bəlli məsələdir. İndilik Bolqarıstan türkünə "qal" deyən olmayıb. Məşqlərdə özünü yaxşı tərəfdən göstərən "9 nömrə"nin yola salınmaq ehtimalı daha çoxdur. Samir bəy hücumdakı rəqabəti artırmaq üçün bir neçə ön xətt oyunçusunu nəzərdən keçirir.

Bakılıların ən çox məvacib alan oyunçularından olan Stiven Jozef-Monrozun da zəif oyunu göz qabağındadır. Müqaviləsinin müddəti başa çatan sabiq "Qəbələ"linin potensialından aşağı futbolla diqqət çəkməsi hər şeyi deyir. Xüsusi nəsə baş verməsə, Stiven göndəriləcək. O, yalnız maaşının nəzərəçarpan dərəcədə azaldılmasına razı olacağı halda, komandada saxlanıla bilər ki, bu da inandırıcı deyil.

Yapon ulduz Keysuke Hondanın ortaya qoyduğu futbolun klubun məqsədləri ilə uzlaşmaması da faktdır. "Qoca" Honda təcrübəli olsa da, əvvəlki formasından uzaqdır. Azərbaycan Premyer Liqasında 7 oyuna 2 top vuran və qızıl medalı boynundan asan yarımmüdafiəçiyə xərclənən pula ondan faydalısını gətirmək əsas planlardan biridir.

Gənc braziliyalı Rener Alvesin baş məşqçinin gələcək planlarına daxil olmadığı heç kimə sirr deyil. Bunu Abasov şans vermədiyi "sambaçı" ilə bağlı danışarkən özü də deyib. Oynamayan cənubi amerikalı perspektiv vəd etmədiyi üçün yola salınacaq.

Ötən ilin yayında "ağ-qaralar"la 2 illik müqavilə imzalayan digər braziliyalı - sol cinah müdafiəçisi Tallison Diasla bağlı vəziyyət də ürəkaçan deyil. Mövsümün sonlarında daha çox ehtiyatda qalan Tallisonun mövqeyində ondan üstün fiqur görmək istəyən mütəxəssis bu braziliyalıdan da qurtulmağın düzgün seçim olduğunu düşünür. Sözügedən futbolçuyla qarşılıqlı razılıq əsasında yolların ayrılması gözləniləndir.

Əsas heyətdəki yerini itirən qapıçının - Səlahət Ağayevin klubundan yeni müqavilə təklifi almadığı bəlli həqiqətdir. Bu yay anlaşmasının müddəti bitəcək qolkiper ya az pula oynamaq müraciətini müsbət qarşılamalı, ya da özünə yeni iş yeri axtarmalıdı.

Atilla
Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

15 May 2025
22:18

Konseysau da "Milan"dan gedir, o da - Qərar verildi

21:50

"İmişli"nin "ASCO Arena" istəyi baş tutmadı - AÇIQLAMA

21:11

MPL: 35-ci turun təyinatları açıqlandı

20:52

"Sabah" "Zirə" ilə oyuna 4 itki ilə hazırlaşır - AÇIQLAMA

20:17

"Şamaxı"nın 4 futbolçusu "Araz-Naxçıvan"a qarşı oynamayacaq - AÇIQLAMA

19:50

Portuqaliya Futbol Federasiyası Mourinyu ilə bağlı yayılan xəbərləri yalanladı

19:14

İPL-də mövsümün ən yaxşı futbolçusu kim olacaq? - Namizədlər bəllidir

18:41

1-ci Liqanın qalibi mükafatlandırıldı

18:08

İPL-də mövsümün ən yaxşı məşqçisi adına 5 namizəd var - ADLAR

17:41

Azərbaycan Kubokunun final oyununun biletləri satışa çıxarıldı

17:23

PSJ-nin əsas transfer hədəfi bilindi - Paris təmsilçisi yeni bombardir alır

17:04

Mahir Emreli "Ayntraxt"a qarşı oynaya biləcəkmi? - Kloze açıqladı

16:46

"Bu, yekunda titulun bəzədiyi möhtəşəm mövsüm oldu" - Vinçentso İtalyano

16:28

Azərbaycan badmintonçuları Bolqarıstanda bürünc medal qazandılar

16:10

"Zirə" "Sabah"la oyuna 5 itki ilə çıxacaq - AÇIQLAMA

15:51

Mourinyu milli komandanın "sükanı arxası"na keçir - İDDİA

15:33

Azərbaycanın millisi ilk dəfə B divizionunda mübarizə aparacaq

15:15

UEFA Avropa çempionatını təxirə salır - AÇIQLAMA

14:56

AFFA-da türkiyəli nümayəndələrlə görüş keçirildi

14:38

"Barselona" 8 futbolçu ilə yolları ayırır - ADLAR

14:20

Azərbaycanlı parabadmintonçu Bəhreyndə beynəlxalq turnirə qatıldı

13:52

“Turan Tovuz” Futbol Akademiyasına seçimlər başlayır

13:34

Neymar 1 milyonluq yeni avtomobilini göstərdi - FOTO

13:15

Azərbaycan millisinin üzvü Dünya Kubokunda iştirak edəcək

12:56

La Liqada cəmi iki mövsüm davam gətirdilər

12:37

Stolüstü tennis üzrə ölkə çempionatının ilk qalibləri bilindi

12:19

Hələ "Real" tarixində Mbappe kimisi olmamışdı - Di Stefanonun rekordu yeniləndi

12:01

Asensio və üç keçmiş "Real"lıya qarşı cinayət işi açıldı

11:43

Konseysau finalda "Bolonya"dan aldıqları məğlubiyyəti belə şərh etdi

11:24

Azərbaycan gimnastları Avropa kubokunda mübarizəyə başlayırlar

11:05

Erik Dayerin yeni klubu bəlli oldu - RƏSMİ

10:46

Yeddi ölkə III MDB Oyunlarında iştirakını rəsmən təsdiqləyib

10:27

Almaniya nəhəngi yeni transfer reallaşdırdı - RƏSMİ

10:08

AFFA rəhbərliyi FIFA-nın Konqresində iştirak edəcək

09:49

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:27

"Barselona"nın ulduzu üçün mövsüm bitdi

09:00

"Liverpul" Aleksandr-Arnolda əvəzləyici tapdı - Razılıq əldə olundu

01:33

İspaniya La Liqası: "Real"dan əzmkar qələbə

01:19

"Milan" İtaliya Kubokunu qazana bilmədi

00:48

Yüngül çəkidə yeni çempion Las Veqasda müəyyənləşəcək

Facebookdan bizi izləməyi unutmayın.
X