13:18 21.05.2021 1215

Millimizin sabiq futbolçusunun evini qarət edən şəxs tutuldu

Hazırda "Keşlə"nin idman direktoru olan ötənlərin məşhur futbolçusu Ceyhun Sultanovun evini qarət edən şəxs tutulub.

Bu barədə "Report"a Azərbaycan millisinin keçmiş yarımmüdafiəçisinin özü məlumat verib.

O bildirib ki, həmin şəxs ötən gün həbs edilən Cavid Süleymanovdur.

Sultanov 3 il əvvəl baş vermiş hadisə ilə əlaqədar bu gün polisə ifadə verdiyini bildirib: "Həmin Cavid Süleymanov adlı şəxs bizim mənzilə də girib. Bu gün ifadə də vermişəm. O, artıq tutulub. Sizin vasitənizlə hüquq-mühafizə orqanlarına təşəkkür edirəm. Onlar hər sahədə öz işlərini peşəkar görürlər. Bir çoxları deyirdilər ki, heç kim oğrunu tapa bilməyəcək. Lakin bizim polislərimiz həmin şəxsi yaxalamaqla, necə peşəkar olduqlarını sübut etdilər".

Sultanov ona dəyən ziyanın məbləğini açıqlamaq istəməyib: "Mənim evimdən qızıl, xəz kimi qiymətli əşyalar götürülüb. Pul götürə bilməyiblər. Məbləği desəm, bir az düzgün çıxmayacaq".

İdman direktoru "Əşyalarınızın geri qaytalarılması ilə bağlı sizə nəsə deyilibmi" sualına belə cavab verib: "Bu gün ifadə vermişəm ki, evdən nələr aparılıb. Amma bu barədə dəqiq heç nə yoxdur. Olsa, olacaq, olmasa qalacaq. Bunu indi deyə bilmirəm. Həmin şəxsi görməmişəm. Sadəcə, müstəntiqlə görüşdüm".

Sultanov Yasamal rayonundakı evindən oğurluq olduğunu xatırladıb: "Mən belə peşəkar oğru görməmişəm. Öz binamda eyvandan baxanda belə, qorxuram. Amma o, eyvanın fasadından necə düşübsə, peşəkar olduğuna əminəm".

Qeyd edək ki, Cavid Süleymanov və Əhməd Əhmədovun çoxmərtəbəli binalardan 2 milyonluq manatlıq oğurluq etdiyi açıqlanıb. Süleymanovun mənzillərə daxil olduğu, Əhmədovun isə prosesin həyata keçirilməsinə nəzarət etdiyi müəyyənləşib.
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

07 İyul 2025
21:15

"Sabah" üçün asan olmayacaq" - Arif Əsədov

20:39

"Sabah" Avropa Liqası üçün 25 oyunçu sifariş etdi - SİYAHI

20:03

"Zirə"də yeni müqavilə - RƏSMİ

19:50

Premyer Liqa klubu hücumçusu ilə vidalaşdı

19:38

Rakitiç "Zirə"nin rəqibini tərk etməyəcək - RƏSMİ

19:11

"Şamaxı"dan ayrılan Məsimov və daha 3 futbolçu bu kluba keçir

18:57

MPL: 2025/2026 mövsümün püşkatma mərasiminin vaxtı bilindi

18:16

"Araz-Naxçıvan"ın Türkiyə toplanışındakı rəqibləri açıqlandı

17:47

"Karvan" qapıçısı ilə bağlı yekun qərarını verdi

17:28

Araz Abdullayev Premyer Liqa klubuna keçdi

17:10

Bu gün "Qarabağ" "Marcet"in azərbaycanlıları ilə üz-üzə gələcək

16:53

"Baş verən hadisə mənə çox pis təsir edib" - Canluici Donnarumma

16:34

"Milan" Ernandesi ərəblərə satır - Transfer yekunlaşmaq üzrədir

16:17

"İmişli" növbəti transferini reallaşdırdı

15:59

Rakitiç "Zirə"yə qarşı oynamayacaq - Özü açıqladı

15:41

Saşa İliç "Sumqayıt"ı bu gün məşqə çıxaracaq, sabah isə... - AÇIQLAMA

15:23

"Turan Tovuz"un futbolçusu bu kluba keçir - Türkiyəyə aparılmadı

15:10

"Sabah"ın rəqibi Bakıya bu tarixdə gələcək, bu məkanda məskunlaşacaq

14:52

Dyökereşin bir ayağı İngiltərə nəhəngində - SON DURUM

14:34

"Karvan"dan ayrılan futbolçu 1-ci Liqa klubuna keçdi

14:16

"Sumqayıt" yeni baş məşqçisinin adını açıqladı - RƏSMİ

13:58

"Məşqçi işi göz qabağındadır" - Vüqar Nadirov "Sabah" - "Sele" mübarizəsindən nə gözləyir?

13:39

Sadiq Məmmədzadə Serbiya klubunun düşərgəsinə nə vaxt yollanacaq? - Özü açıqladı

13:09

Gülağa Əsədov "Mingəçevir"dən ayrıldı - Yeni klubu bəllidir

12:51

Messi "İnter Mayami"ni bu kluba dəyişir - SON DURUM

12:33

Avarçəkənimiz Avropa üçüncüsü oldu

12:15

Asim Xudiyev Konfrans Liqasına təyinat aldı

11:56

Balotelli bu iki klubdan birində oynayacaq - SON DURUM

11:37

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:18

"Mançester Yunayted" kolumbiyalı yarımmüdafiəçiyə elçi düşdü

10:59

"Qarabağ" Avstriyada ilk oyununa çıxır

10:40

Ançelotti "Qızıl top"a layiq olan, amma onu qazanmayan futbolçunun adını açıqladı

10:03

Azərbaycan və Özbəkistan dünya çempionatına birgə ev sahibliyi üçün namizədliklərini irəli sürdülər - RƏSMİ

09:46

KONKAKAF kubokunun qalibi bilindi

09:25

Yadullayev oğlunu yeni baş məşqçisi olduğu komandaya apardı

09:00

Deku DÇ-2026-nın iki əsas favoritini açıqladı

00:31

Azərbaycan yığması AÇ-də 2-ci oldu

00:14

Azərbaycan güləşçiləri son gündə 3 medal qazandılar

06 İyul 2025
23:44

Azərbaycan yığması Andorraya uduzdu

23:02

Azərbaycan cüdoçusu Avropa Kubokunda gümüş medal qazandı

Facebookdan bizi izləməyi unutmayın.
X