Sərbəst güləş üzrə keçmiş dünya çempionu Suşil Kumar həbs olunub.
Fanat.Az "Xinhua News Agency"yə istinadən xəbər verir ki, hindistanlı idmançı qətldə şübhəli bilinir. 38 yaşlı keçmiş güləşçi mayın 4-də stadionda bir nəfərin ölümü ilə nəticələnmiş davada iştirak edib.
O, həmin hadisədən sonra gizlənib. Polis Kumar barədə informasiya verən üçün 1,4 milyon ABŞ dolları mükafat vəd edib. Tanınmış idmançı paytaxt Dehli ətrafındakı Mundka kəndində saxlanılıb.
Qeyd edək ki, Suşil Kumar 2010-cu il dünya çempionatında 66 kq çəki dərəcəsində qızıl medal qazanıb. O, həmçinin 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında bürünc, Hindistanın komandasının bayraqdarı olduğu London-2012-də gümüş medala sahib olub.