Veteran futbolçu Səmədağa Şıxlarov vəfat edib.
Sport24.az-ın əldə etdiyi məlumata görə, 66 yaşlı veteranı maşın vurub.
Sayt məsələylə əlaqədar Azərbaycan Futbol Veteranları İttifaqının sədri Oqtay Abdullayevlə əlaqə saxlayıb. O, informasiyanı təsdiqlədi:
"Təəssüf ki, məlumatınız doğrudu. Elə mən də hazırda hadisə yerindəyəm. Hadisə Səmədağa müəllimin yaşadığı evin qarşısında baş verib. Yolu keçərkən onu avtomobil vurub. Mərhumun yaxınlarına Allahdan səbr diləyirəm”.
Qeyd edək ki, Şıxlarov 1974, 1977-80, 1982-84-cü illərdə "Neftçi”nin formasını geyinib. O, həmçinin Sumqayıt "Xəzər”i, Mingəçevir "Avtomobilçi”si, Kiyev OİK-i, Gəncə "Kəpəz”i və Siyəzən "Çıraqqala”sında forma geyinib. 1982-ci ildə SSRİ Olimpiya yığmasında da cəlb olunan Şıxlarov karyerasının sonlarında "Neftçi”nin futzal komandasında da oynayıb.