"Qarabağ" ilk transferini rəsmiləşdirməyə hazırlaşır. Fanat.az xəbər verir ki, Ağdam klubu Jaba Dvali ilə müqavilə imzalayacaq. Bu gün komandaya qoşulması gözlənilən hücumçu ilə münasibətlər tezliklə rəsmiləşdiriləcək.
Jabanın son iş yeri "Dinamo" olub. O, 2012-ci ildən çıxış etdiyi Tiflis klubunda 60 oyuna çıxıb və 29 qola imza atıb.
28 yaşlı forvard karyerasına da "Dinamo"da başlayıb (2004-2007, 48 oyun, 23 qol). 2005/06 mövsümündə "Sioni" (15 oyun, 11 qol), 2006/07-də "Çixura"ya (11 oyun, 2 qol), 2007-də "Olimpi"yə (2 oyun) icarəyə verilən futbolçu 2007-ci ildə Moldova "Daçiya"sına transfer olunub. İki il bu komandada çıxış edən (41 oyun, 20 qol) Jaba 2009-2012-ci illərdə "Zestafoni"nin formasını geyinib (129 oyun, 63 qol).
2012/13 mövsümündə "Zestafoni"nin heyətində Çempionlar Liqasıın II təsnifat mərhələsində "Neftçi"yə qarşı oynayan futbolçu iki oyunda 180 dəqiqə meydanda olub. O, Gürcüstandakı cavab matçının 19-cu dəqiqəsində "Neftçi"nin qapısına qol vurub.
Jaba bir dəfə Gürcüstan millisinə də dəvət alıb. 2012-ci ilin 14 noyabrında Misirlə keçirilən yoldaşlıq oyununda meydana çıxan futbolçu 45 dəqiqə oynayıb. "Transfermarkt" ona 550 min avro qiymət qoyub.
Fanat.az