Millimizin sabiq hücumçusu Vaqif Cavadov üçün AVRO-2020 çərçivəsində baş tutacaq İtaliya - Türkiyə oyununun xüsusi önəm daşıdığını bilirdik.
İtaliya millisinin ən sadiq azarkeşlərindən birinin - Cavadovun Fanat.Az-ın əməkdaşına verdiyi açıqlama belə oldu:
"İtaliya yığmasına həmişə azarkeşlik etmişəm. Bu komanda bütün turnirlərdəki həmişəlik favoritimdi. Türkiyə də öz yerində... Meydan amili nəzərə alınmalıdı. Birinci oyunlar həmişə gərgin keçir. Türkiyə səfərdə oynayır. Amma uduzmaya da bilər. Qoy güclü olan qalib gəlsin. Bu qrupdan çıxmağa hər ikisi namizəddi. Ümid edirəm ki, sonda belə də olacaq".
Atilla