"Heyət baxımından Fransa hamısından üstün görünür. Amma bu onların AVRO-2020-nin qalibi olacağını əminliklə söyləməyə əsas vermir".
Bunu Fanat.Az-a açıqlamasında Azərbaycan millisinin sabiq hücumçusu Vaqif Cavadov deyib.
O, Avropa Çempionatında qalib gəlmək ehtimalı daha yüksək olan komandanın adını açıqlayıb: "Belə turnirlərdə ilk oyun amili mütləq nəzərə alınmalıdı. Adətən yaxşı başlayanlar özünə daha çox güvənməyə başlayır, psixoloji üstünlük yaxalayır. Belədə, əvvəldən favorit sayılmayan həmin komandaların uğur qazanmaq ehtimalı artır. Yəni bəzən psixoloji durum sürprizlərə yol açır. Heyətləri, son dövrlərdəki nəticələri əsas götürsək, söylədiyim kimi, Fransa yığması çox yüksək səviyyəli komandadı. Deməli, çempion olmaq şansları daha yüksəkdi".
Atilla