"Hazırda "Neftçi"nin düşərgəsində çoxlu sayda gənc yerli futbolçular var. Klubun inkişaf strategiyasının əsasını bu futbolçulara şans verib, onları inkişaf elətdirmək təşkil edir. İstər "Neftçi"nin, istərsə də "Lokomotiv"in yetirməsi olsun, fərq etməz, nəticədə Azərbaycan futbolu qazanacaq". Fanat.az xəbər verir ki, bu sözləri "Neftçi"nin vitse-prezidenti Tahir Süleymanov deyib.
Klub rəsmisi Samir Məsimovun transferindən danışıb: "Onunla bağlanmış 5 illik müqavilə də bir daha bunu göstərir ki, "Neftçi"nin qapısı gənc yerli futbolçulara hər zaman açıqdı. Rusiyanın "Lokomotiv" klubunun yetirməsi olan Məsimovun böyük istedadı və futbolçu potensialı var. İnanırıq ki, yaxın gələcəkdə o bunu həm Azərbaycan milli komandasının, həm də "Neftçi"nin heyətində nümayiş etdirəcək. Yanvar ayının 5-dən komandanın Bakıdakı təlim-məşq toplanışına qatılan Samir Məsimov Antalya hazırlığında da ilk gündən iştirak edir. O, hazırlıq çərçivəsində keçirilmiş hər iki oyunda meydana çıxdı və öz oyunu ilə onun haqqında olan düşüncələrimizi bir daha təsdiqləmiş oldu. Ümid edirik ki, Məsimov yaxın illərdə Azərbaycan futbolunun aparıcı üzvlərindən birinə çevriləcək".
Fanat.az