Ötən ay "Keşlə" klubunun mətbuat katibi Murad Axundov tutduğu vəzifədən ayrıldığını "Facebook" səhifəsi vasitəsi ilə bəyan etmişdi.
Murad Axundovun gedişindən 20 günə yaxın vaxt ötsə də, onun yerinə kimin təyin olunduğu ilə bağlı klub hələ də məlumat yaymayıb.
Bununla bağlı klubla əlaqə saxladıq. Bakı təmsilçisindən Fanat.Az-a verilən məlumata görə, klubun mətbuat xidməti vəzifəsinə hələ də təyinat olmayıb.
Bu vəzifə müvəqqəti olaraq "Keşlə"nin sabiq mətbuat katibi, hazırda komandanın texniki qeydiyyat meneceri vəzifəsində çalışan Səbuhi Məmmədova həvalə olunub.
Qeyd edək ki, Səbuhi Məmmədov "Keşlə" ("İnter") 2004-cü ildən klubun mətbuat katibi olaraq çalışıb. 2019-cu ildə o, klubun texniki qeydiyyat meneceri vəzifəsinə təyin olunduğu üçün mətbuat xidməti Murad Axundova tapşırılıb.
Röya Kərimli