Ölkə kubokunun son qalibi "Keşlə" klubu sabahdan məşqlərə start verəcək.
Azərbaycanı UEFA Konfrans Liqasında təmsil edəcək paytaxt təmsilçisi hazırlığın birinci planını Bakıda, ikinci mərhələsini isə Qəbələdə keçəcək. Qəbələ səfəri 1-14 iyul tarixlərini əhatə edəcək.
"Keşlə"nin iyunun 27-də Bakıda, 5,10,14 iyul tarixlərində isə Qəbələdə yoxlama oyunlarında qüvvəsini sınayacağı bildirilir.
Ancaq klubdan Fanat.Az-a verilən məlumata görə, rəqiblərin adları hələki məlum deyil.
Qeyd edək ki, i
lk dəfə keçiriləcək Konfrans Liqasının birinci püşkatmasında aşağı reytinqə malik "Keşlə” səpələnməmişlər sırasında yer alıb.
Röya