09:37 19.06.2021 979

Türkiyədə futbolçularımızın "yabancı" statusu ləğv olunarsa... - Tahir Süleymanov şərh edir

Azərbaycan və Türkiyə arasında əlaqələrinin möhkəmlənməsindən yararlanaraq AFFA TFF ilə razılığa gələ, qardaş ölkədə azərbaycanlı oyunçuların "yabancı" statusunun aradan qaldırılmasına nail ola bilər. 
 
Fanat.Az-ın təklifini bu dəfə "Neftçi" klubunun keçmiş vitse-prezidenti, sabiq FİFA referisi Tahir Süleymanov şərh edib. 

Tanınmış futbol mütəxəssisi "Azərbaycanlı futbolçuların qardaş ölkədə əcnəbi statusu götürülsə, futbolumuz bundan nə qazanar" sualına belə cavab verib: 

"Azərbaycan və Türkiyə dövlətləri arasında bütün sahələr üzrə münasibətlərin inkişafı ölkələrimiz adına çox müsbət məqamdır. Əlaqələrin genişləndirilməsi, gediş-gəlişlərin sadələşdirilməsi böyük imkanlar yaradır. Bir millət, iki dövlət anlayışı imzalanan tarixi sənədlərlə reallıqda öz təsdiqini tapır. 
 
Futbola gəlincə, qeyd etdiyiniz kimi, Superliqa yox, uzun illər Türkiyə birinci dəstəsinə azərbaycanlı futbolçuların yolu açıq olub. Vaxtilə aşağı liqada çıxış edənlərimiz az olmasa da, Azərbaycan futbolu, futbolçularımız bu imkandan maksimum yararlana, özlərini tam olaraq göstərə, daha irəli gedə bilməyiblər. Xüsusi vurğulayım, futbolçuların maliyyə şərtləri də aşağı deyildi, inkişaf üçün bütün şərait var idi.

Hər bir iş düzgün analizlərə söykənməlidir. İlk olaraq Azərbaycan futbolunun özü düzəlməli, köklü islahatlar aparılmalıdır. Gəncə, Lənkəran, Tovuz, Mingəçevir, Zaqatala, Qusar, Yevlax, İmişli və digər şəhər və rayonlarımızın böyük futbolsuz qalması fonunda Türkiyədə futbolçularımıza xüsusi statusun verilməsi müzakirələri bəsit görünür.

Elementar məntiq var: İstənilən sahədə məhsulun xaricə çıxarılması üçün iş qurulmalı, keyfiyyət təmin edilməlidır. Əks halda, imtiyazlar olsa belə, heç kim ciddi maraq göstərməyəcək. Öncə ölkə futbolu nizama salınmalı, futboldakı yad simalardan, təsadüflərdən, monopoliyadan yaxa qurtarılmalıdır. Türk şirkətlərinin Azərbaycan futboluna gətirilməsi, klublara sponsorluq etməsi, köklü klublarımızın bərpası, bölgə futbolunun dirçəlməsi vacibdir. Belə olacağı halda istedadlar üzə çıxacaq, futbolçu da yetişəcək, paralel olaraq ən yaxşıları Türkiyə yolunu gedə biləcəklər. Hər bir sahədə təməl düzgün və möhkəm qoyulmalıdır ki, effekt versin. Hələ ki, futbol başbilənləri 10-15 ildir axtyamovları, eddiləri, nazarovları düşünməklə məşğuldurlar. Qeyd olunanların üst səviyyədə həyata keçirilməsi üçün futbolda düşünən beyinlər dəyişməlidir!"
 
Röya Kərimli
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

17 May 2025
14:11

Ronaldu gələn mövsüm Çempionlar Liqasında oynamayacaq

13:30

Amerikalı basketbolçuya ölüm cəzası verilə bilər - SƏBƏB

12:54

Altı boksçumuz beynəlxalq turnirə qələbə ilə başladı

12:20

Azərbaycan güləşçiləri İrandakı turniri beş medalla başa vurdular

11:49

Lamin Yamal ilə Lionel Messi qarşı-qarşıya - Hazırlıqlar başladı

11:16

"Fikrim təsdiqləndi, "Milan" komanda deyil" - Arriqo Sakki

10:51

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

10:22

“Tottenhem” sonuncu dəfə bir qərinə əvvəl bu vəziyyətə düşmüşdü

09:58

"Bayern Münhen" ulduzuna "barmaq silkələdi"

09:30

MPL: 35-ci tur start götürür - YENİLƏNİR

09:00

Salah "Mançester Siti"nin ulduzunu "Liverpul"a dəvət etdi - "Bizim yerimiz var"

01:32

İPL: MY səfərdə "Çelsi"yə, "Tottenhem" "Aston Villa"ya uduzdu

16 May 2025
23:22

Renat oyuna sonradan qoşuldu, komandası...

22:54

Ançelotti Braziliyadan ayrılıb yenə "Real Madrid"ə qayıdacaq - Razılaşma

22:16

Flik sabiq "Real"lı məşqçinin uğurunu təkrarladı

21:52

Ayın ən yaxşı qolunun müəllifi mükafatlandırıldı

21:20

"Barselona"nın əfsanələri gürcü veteranlara qalib gəldi

20:41

Birinci Liqa: "Mingəçevir" səfərdə 3 xalı 3 qolla qazandı

20:17

"Sumqayıt" "Turan Tovuz"la oyuna neçə itki ilə çıxacaq? - AÇIQLAMA

19:51

"Bu mövsüm komandada daha böyük rol oynadım" - Rafinya

19:14

"Kəpəz"in "Qarabağ"la oyun ərəfəsində zədəlisi olmasa da...

18:50

"Barselona" tarixində Pedri kimisi olmamışdı - Messinin rekordu qırıldı

18:13

Qadınlar arasında 3x3 Basketbol Liqasının ikinci mərhələsinin qalibi bilindi

17:49

"Sumqayıt"ın kapitanı karyerasını bitirir - RƏSMİ

17:29

Kamal Umudluya UEFA-dan növbəti təyinat

17:11

"Turan Tovuz" "Sumqayıt"a qarşı 4 itki ilə mübarizə aparacaq -AÇIQLAMA

16:56

"Sevilya" AL-in ikiqat qalibi ilə vidalaşacaq

16:38

Qaxda yeni cüdo zalı fəaliyyətə başladı

16:20

Fernandeş Ronaldunun rekordunu təkrarladı

16:02

"Atletik" 11 ildən sonra ÇL-də oynayacaq

15:44

"Santos" büdcəsinin 25 faizini Neymara xərcləyir - Ulduz oyunçu nə qədər qazanır?

15:26

"Yuventus" rəhbərliyi portuqaliyalı hücumçu ilə bağlı qərarını qətiləşdirdi

15:08

Joan Laporta Flikin postunda qalıb-qalmayacağını açıqladı

14:50

"Braziliyaya Ançelotti kimi böyük bir ad lazım idi" - Kazemiro

14:32

"O, bütün dövrlərin ən yaxşı futbolçusudur, amma..." - Lamin Yamal

14:13

"Sabah" Rusiyada finala çıxdı

13:54

AFFA niyə süni qazondan əl çəkmir? - ARAŞDIRMA

12:51

Müstəqillik gününə həsr olunan turnirin qalibləri mükafatlandırıldı

12:33

ABF-nin nümayəndə heyəti Bəhreyndəki konqresə qatıldı

12:14

Azərbaycanın 2 güləşçisi İranda medal qazandı

Facebookdan bizi izləməyi unutmayın.
X