Azərbaycan şahmatçısı Teymur Rəcəbov Fransanın paytaxtı Parisdə təşkil olunan rapid üzrə "Grand Chess Tour" seriyasının ikinci mərhələsində daha 3 oyun keçirib.
Fanat.Az xəbər verir ki, 34 yaşlı qrossmeyster hər 3 qarşılaşmanı heç-heçə başa vurub.
Azərbaycanlı zəka sahibi IV turda qara fiqurlarla rusiyalı Pyotr Svidler (Rusiya) bərabərliyə razılaşıb. V və VI turlarda isə "ağ"larla uyğun olaraq ABŞ təmsilçiləri - Uesli So və Fabiano Karuana ilə sülh bağlayıb.
Qeyd edək ki, 6 oyunda sonra 6 xalı olan Rəcəbov 4 - 6-cı yerləri bölüşdürür.
Fanat.Az