Rusiyanın Soçi şəhərində şahmat üzrə Dünya Kuboku davam edir.
Fanat.az xəbər verir ki, bu gün ikinci mərhələnin cavab partiyaları oynanılacaq. Azərbaycanın turnirdə çıxışını davam etdirən 5 şahmatçısı da cütün taleyini xeyirlərinə həll etməyə çalışacaq.
Kişilər
1/64 final
Qriqor Mxitaryan(Braziliya) - Şəhriyar Məmmədyarov (ilk partiya - 0,5:0,5)
Nicat Abbasov - Şant Sarkisyan(Ermənistan) (0,5:0,5)
Vasif Durarbəyli - Aleksandr Predke(Rusiya) (0,5:0,5)
Qadınlar
1/32 final
Laura Unuk(Sloveniya)- Günay Məmmədzadə (0,5:0,5)
Lela Cavaxişvili(Gürcüstan)- Gülnar Məmmədova (0,5:0,5)
Qeyd edək ki, mükafat fondu 1 milyon 892 500 ABŞ dolları olan Dünya Kubokuna 7 şahmatçımız (3 kişi, 4 qadın) qatılıb. Qadın təmsilçilərimizdən Türkan Məmmədyarova və Ülviyyə Fətəliyeva ilk mərhələdə məğlub olaraq mübarizəni dayandırıb.
Sahib Əsədbəyli