"Sumqayıt"ın hücumçusu Əli Qurbani karyerasını "Zirə"də davam etdirə bilər.
Fanat.Az-ın məlumatına görə, "qartallar"ın daha yaxşı müqavilə şərti təklif etdiyi Əli komandası UEFA Konfrans Liqasında çıxış etdiyi üçün kollektivi çətin vəziyyətdə qoymaq istəmir.
Azərbaycan millisinin hücumçusu yalnız "kimyaçılar" avrokubok macərasını başa vurandan sonra "Zirə" ilə anlaşmağı planlaşdırır. Təbii, həmin vaxta qədər Rəşad Sadıqovun alternativ variantlardan birini həyata keçirərək komandaya başqa forvard götürməsi də mümkündür.
Atilla