Antalyada təlim-məşq toplanışında olan "Neftçi" bu gün dördüncü yoxlama oyununu keçirib. Fanat.az xəbər verir ki, Böyükağa Hacıyev yetirmələrini Ukraynanın "Metallurq" (Zaparoje) klubu ilə oyunda sınayıb. Qarşılaşma 0:0 hesabı ilə başa çatıb.
"Metallurq" klubu 1935-ci ildə yaradılıb. SSRİ dövründə ancaq aşağı liqalarda çıxış edən komanda Ukrayna Premyer Liqası yarandıqdan sonra yalnız 2011/12 mövsümünü aşağıda keçirib, qalan mövsümlərdə güclülər dəstəsində oynayıb. Heyətində Çernoqoriya, Slovakiya, Braziliya, Kamerun və Portuqaliyadan futbolçuların olduğu Zaparoje təmsilçisinə Oleq Taran başçılıq edir. Komanda qış fasiləsinə 16 komanda arasında 14-cü pillədə yollanıb.
Qeyd edək ki, "Neftçi" bundan əvvəl Antalyada Albaniyanın "Partizani" klubunu 2:0, Qazaxıstan "Tobol"unu 4:2 hesabı ilə yenib, Türkiyə "Fənərbaxça"sı ilə sülh bağlayıb - 0:0.
Yoxlama oyunu
24 yanvar
Neftçi (Azərbaycan) - Metallurq (Ukrayna) 0:0
Neftçi: Saşa Stamenkoviç, İqor Mitreski, Karlos Kardoso, Rəşad Sadiqov (K), Mahir Şükürov, Bruno Bertuççi, Erik Ramos, Denis Silva, Flavinyo, Araz Abdullayev, Emin Mehtiyev.
Fanat.az