Azərbaycan milli komandasının futbolçusu Branimir Subaşiçin karyerasını Türkiyədə davam etdirəcəyi dəqiqləşib. Apasport.az saytının məlumatına görə, “Orduspor” 31 yaşlı milliləşdirilən serbiyalı hücumçunun transfer etdiyini rəsmən açıqlayıb.
Belə ki, I liqaya düşən komanda Subaşiçlə 2, 2007/08 mövsümündə onda çıxış etmiş Əmrə Aygünlə 1 illik müqavilə imzalayıb. Branimir “Orduspor” iyulun 2-də təlim-məşq toplanışına başladığı zamanı onun sıralarında olacaq.
Qeyd edək ki, Subaşiç 2005-ci ildən oynadığı ölkəmizdə “Neftçi”, “Qəbələ”, “Xəzər Lənkəran” və “Qarabağ”da forma geyib.
İdman24.az