"Anton Krivotsyuk yaxşı futbolçu ola bilər".
Bunu Fanat.Az-ın əməkdaşı ilə söhbətdə "Şöhrət" ordenli mütəxəssis Ağasəlim Mircavadov deyib.
AFFA Məşqçilər Komitəsinin üzvü "Neftçi"dən Krakov "Visla"sına keçən müdafiəçinin bacarığını dəyərləndirib:
"Hava toplarında özünü yaxşı tərəfdən göstərir. Təbii ki, çatışmazlıqları da var. Anton məşqlərdə çalışmalı, topla daha yaxşı rəftar etməyi öyrənməlidir. Həm müdafiənin mərkəzində, həm də cinahında oynaya bilməsi təbii ki, müsbət haldır. Söylədiyim kimi, çatışmazlıqları aradan qaldırsa, milliyə də daha çox faydası dəyər. Ölkə xaricində oynamaq istənilən futbolçu üçün inkişaf baxımından daha əlverişlidir".
Atilla