21:29 26.06.2021 1089

Qurban Qurbanov: "Məqsəd minimum qrup mərhələsinə düşməkdir"

"Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov "Keşlə”ni 7:0 hesabı ilə yendikləri sınaq oyunundan sonra jurnalistlərin suallarını cavablandırıb. 

Fanat.Az xəbər verir ki, ölkəmizi Konfrans Liqasında təmsil edəcək ağdamlıların çalışdırıcısı bir sıra məqamlara aydınlıq gətirib:
 
- Yoxlama matçında böyükhesablı qələbə qazandınız. Komandanın hazırlığını necə dəyərləndirirsiniz?
- Hesabdan çox oyun məni maraqlandırırdı. Bu gün bəlkə də komandanı düşündüyümüzdən daha yaxşı gördüm. 10 gün ərzində çoxlu fiziki məşq etmişik. Bu gün meydanda daha sərbəst və rahat komanda gördüm. Oyunçuların motivasiyası da məni razı saldı. Həddindən artıq diqqətli idilər. Kiçik problemlərimiz var. Onları da yaxın zamanda həll edəcəyik.
 
- Yeni transfer Kadi Malinovskinin oyunu necə təsir bağışladı?
- Normal. Topla oynamağı sevən futbolçudur. Hiss olunur ki, daha çox top axtarırdı. Daha çox bu xüsusiyyətinə görə onu komandamıza dəvət etmişik. Texniki səhvləri ola bilər. Amma ümumiyyətlə bizim oyuna uyğunlaşması, daim top axtarması, hücumda daha çox iştirak etməsi məni razı saldı. Futbolçu hələ optimal formasından uzaqdır. Amma hər halda gözlədiyimdən daha tez komandaya uyğunlaşacaq.
 
- Bu futbolçunu neçə müddət izlədikdən sonra transfer etməyi qərara aldınız?
- Çox izlədiyimi deyə bilmərəm. Tez bir zamanda qərar verdik və istədik ki, transer həll olunsun. Bu şansdan maksimum yararlandıq.
 
- Transferlərin ardı gələcəkmi, heyətdə yeni legioner hücumçu olacaqmı?
- Mütləq olacaq. Son vaxtlar bütün işlərimiz daha çox transferlər üzərində gedir. 4-5 variantımız var. Hər birinin özü, agenti və klubu ilə danışıq aparırıq. Sadəcə, bizdən asılı olmayan məqamlar var ki, onları həll edə bilmirik. İstədiyimiz iki variant var ki, onların həll olunmasını daha çox istəyərdik. Amma olmasa, digərləri də pis variant deyil. 3 gün tez, 5 gün gec, amma yeni hücumçu transferimiz olacaq.
 
- Bədavi Hüseynov 6 aylıq sıradan çıxıb. Onu əvəz edə biləcək müdafiəçi axtarırsınız?
- Bir müdafiəçi axtarışındayıq. Sadəcə, iki mövqedən hansı daha tez və uyğun olsa, onu əldə etməyə çalışacağıq. Çünki biz Maksim Medvedevdən də mərkəz müdafiəçisi kimi istifadə edə bilirik. Bu səbəbdən, mütləq bir müdafiəçini komandamıza dəvət etmək niyyətindəyik.
 
- Hamı gözləyir ki, "Qarabağ" təcrübəsindən istifadə edərək, Konfrans Liqasının qrupuna düşə biləcək. Qrup mərhələsində iştirak real görünürmü və əsas məqsəd budurmu?
- Əlbəttə, məqsəd minimum qrup mərhələsinə düşməkdir. Mübarizə aparan komandalara baxsaq, çox fərqli kollektivlər görərik. Biz mərhələ keçdikcə ola bilər ki, qarşımıza Çempionlar Liqasında oynayanların səviyyəsində rəqib çıxsın. Bu turnirdə iştirak edən ölkələrin sayı da daha çoxdur. Hər turnirdə çalışmışıq ki, maksimum daha yaxşısını edək. İndi də qarşımıza belə məqsəd qoyacağıq. Amma ilk rəqibdən hiss olunur ki, qarşımızda ciddi iş dayanıb. Bu mərhələdə uduzsaq, turniri tərk edəcəyik. Çempionlar Liqasında isə bir raundda qələbə qazansan, digərində uduzsan, Avropa Liqasında mübarizə aparırdın. Konfrans Liqasının qrupuna düşmək istəyirik, amma necə olacağını bilmirik.
 
- "Qarabağ" üçün İsrailin "Aşdod" klubunu arzuolunmaz rəqib hesab etmək olar?
- Arzuolunmaz deməzdim, amma ciddi rəqibdir. Son vaxtlar İsrail çempionatına maraq həddindən artıq çoxdur. İsraildə klub futbolu inkişaf edib. Lakin hər halda onların gücünü ilk oyundan sonra biləcəyik. "Aşdod" ciddi rəqibdir.
 
- Digər komandalarımızın avrokuboklarda şanslarını necə dəyərləndirirsiniz: "Neftçi" Çempionlar Liqasında Gürcüstanın "Dinamo" (Tiflis) klubunu keçə bilərmi?
- Digər komandalar haqqında onların baş məşqçiləri məlumat verib. Mən o qədər də maraqlanmamışam. Hər birinə uğurlar arzulayıram. İstəyərdik ki, komandalarımız qalib gəlsinlər və reytinq xallarımızı yaxşılaşdırsınlar. Bu, ölkə futbolu üçün çox önəmlidir. Hər bir qələbə reytinqin qalxmasına təkan verir. Mən də istəyirəm ki, "Neftçi" qalib gəlsin. Qalan iş "Neftçi"nin öz üzərinə düşəcək.
 
- Musa Qurbanlının və digər gənclərin bugünkü oyunu haqqında nə deyə bilərsiniz?
- Komandamızda gənc və bacarıqlı futbolçuların da yer almasını istəyirik. Onlar mütləq istəkli olmalı və yaxşı performans göstərməlidirlər. Amma bu oyunlar nə məni, nə də gənc futbolçularımızı aldatmalıdır. Hazırlıq prosesində olan qarşılaşmalara ciddi yanaşıram, amma bir o qədər də önəm vermirəm. Çünki ola bilər ki, komandalardan kimsə toplanışa gec və ya tez başlasın. Komandaların hazırlıq səviyyəsi oyun günündə üst-üstə düşməyə bilər. Bu gün bizim fiziki durumumuz rəqibdən daha yaxşı idi. Toplanışa da tez başlamışıq. Bu, üstünlük ola bilər. Çox istərdim ki, gənclər daha yaxşı oynasınlar. Biz daim onlara şans verməyə çalışacağıq.
 
Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

07 İyul 2025
15:59

Rakitiç "Zirə"yə qarşı oynamayacaq - Özü açıqladı

15:41

Saşa İliç "Sumqayıt"ı bu gün məşqə çıxaracaq, sabah isə... - AÇIQLAMA

15:23

"Turan Tovuz"un futbolçusu bu kluba keçir - Türkiyəyə aparılmadı

15:10

"Sabah"ın rəqibi Bakıya bu tarixdə gələcək, bu məkanda məskunlaşacaq

14:52

Dyökereşin bir ayağı İngiltərə nəhəngində - SON DURUM

14:34

"Karvan"dan ayrılan futbolçu 1-ci Liqa klubuna keçdi

14:16

"Sumqayıt" yeni baş məşqçisinin adını açıqladı - RƏSMİ

13:58

"Məşqçi işi göz qabağındadır" - Vüqar Nadirov "Sabah" - "Sele" mübarizəsindən nə gözləyir?

13:39

Sadiq Məmmədzadə Serbiya klubunun düşərgəsinə nə vaxt yollanacaq? - Özü açıqladı

13:09

Gülağa Əsədov "Mingəçevir"dən ayrıldı - Yeni klubu bəllidir

12:51

Messi "İnter Mayami"ni bu kluba dəyişir - SON DURUM

12:33

Avarçəkənimiz Avropa üçüncüsü oldu

12:15

Asim Xudiyev Konfrans Liqasına təyinat aldı

11:56

Balotelli bu iki klubdan birində oynayacaq - SON DURUM

11:37

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:18

"Mançester Yunayted" kolumbiyalı yarımmüdafiəçiyə elçi düşdü

10:59

"Qarabağ" Avstriyada ilk oyununa çıxır

10:40

Ançelotti "Qızıl top"a layiq olan, amma onu qazanmayan futbolçunun adını açıqladı

10:03

Azərbaycan və Özbəkistan dünya çempionatına birgə ev sahibliyi üçün namizədliklərini irəli sürdülər - RƏSMİ

09:46

KONKAKAF kubokunun qalibi bilindi

09:25

Yadullayev oğlunu yeni baş məşqçisi olduğu komandaya apardı

09:00

Deku DÇ-2026-nın iki əsas favoritini açıqladı

00:31

Azərbaycan yığması AÇ-də 2-ci oldu

00:14

Azərbaycan güləşçiləri son gündə 3 medal qazandılar

06 İyul 2025
23:44

Azərbaycan yığması Andorraya uduzdu

23:02

Azərbaycan cüdoçusu Avropa Kubokunda gümüş medal qazandı

22:53

Con Duran "Fənərbağça"da - RƏSMİ

22:22

U-18 Litvaya uduzdu

21:48

Böyük Britaniya Qran-prisinin qalibi bəlli oldu

21:09

İngiltərə nəhəngi "Botafoqo"nun qapıçısını alır

20:19

"Şamaxı"ı heyətinə portuqaliyalı futbolçu qatdı - RƏSMİ

19:57

Belçika millisinin üzvü "Brayton"da - RƏSMİ

19:10

Ronaldu "Əl-Nəsr"ə bu hücumçunu almağı məsləhət gördü

18:52

"Arsenal" Dyökereş üçün daha bir təklif göndərdi - SON DURUM

18:29

Klublararası DÇ-də biletlər 36 dəfə ucuzlaşdı

17:50

"Araz-Naxçıvan" 9 oyunçusu ilə yollarını ayırdı

17:25

PSJ-nin sabiq baş məşqçisi Səudiyyə Ərəbistanı klubunda - RƏSMİ

16:45

Cokoviç 100-ə çatdı

16:16

"Liverpul" mövsümöncəsi toplanışını ertələdi

15:40

İspaniya millisinin üzvü "Arsenal"da - RƏSMİ

Facebookdan bizi izləməyi unutmayın.
X