"Vulverhempton"dan ayrılan Nunu Eşpiritu Santu "Fənərbağça"nın baş məşqçisi ola bilər.
Fanat.Az xəbər verir ki, bu barədə "Radyo Gol" məlumat yayıb.
Paul Fonseka və Cennaro Qattuzo ilə uğursuz danışıqlardan sonra İstanbul təmsilçisi portuqaliya mütəxəssisə göz dikib.
Santu ilə danışıqlara başlayan "Fənərbağça" rəhbərliyi bu keçidin rəsmiləşəcəyindən o qədər əmindir ki, sabah yeni baş məşqçisini ictimaiyyətə açıqlamağa hazırlaşır.
Qeyd edək ki, 47 yaşlı mütəxəssis "Tottenhem"in də maraq dairəsindədir.
Aygün