18:21 28.06.2021 2721

Hamımız üçün get!

"Azərbaycanda futbolçu yoxdu” düşüncəsindən daha axmaq yanaşma tapmaq çətindi. Necə yəni futbolçu yoxdu? Hə, bizdə müstəqillik dönəmində dünyanın top klublarında top qovacaq səviyyədə oyunçu yetişməyib. Amma futbol təsərrüfatına futbol adamları rəhbərlik etsəydi, o da olardı. Bəlli həqiqətdi ki, son 15 ildə dövlət tərəfindən futbola ayrılan milyonlar düzgün istiqamətdə xərclənsəydi, bu idman növü qeyri-futbol adamlarının sərsəm ideyalarına qurban getməsəydi, bu gün sıravi azarkeşlər Azərbaycan millisinin qatılacağı AÇ-lərin, DÇ-lərin xəyallarını qurardı. Bir var bu yaxınlarda lağ mənbəyinə çevrilmiş "niyə də yox” boyda utopiya, bir də var reallığa söykənən planlar... 

Bəli, bir vaxtlar bir Azərbaycan komandasının nəinki Çempionlar Liqasının, Avroliqanın qrupunda mübarizə aparacağına da az adam inanardı. Amma ölkə klublarındakı məlum dirçəlmə fonunda bizlər "Neftçi”ni, "Qarabağ”ı, "Qəbələ”ni AL-in, ağdamlıları isə həm də ÇL-in qrupunda gördük. 

Əlbəttə, bu yay Varşava "Legiya”sına tranfer olunan Mahir Emreli  də futbol qanqsetrlərinin qəsdən formalaşdırdığı aciz təfəkkürü yırtaraq ÇL-in qrupuna düşən "Qarabağ”ın formasıyla elit futbol ab-havasına düşmüş, yaşı 25-i ötməmiş fürsət yaxalamış nadir azərbaycanlılardandı. Əslində "mərhum” "Bakı”nın akademiyasından çıxmış, Ağdam komandasında yetişmiş Mahir tək deyil. Səkkiz komandalı Azərbaycan Premyer Liqasında gələcəkdə millini aciz vəziyyətdən qurtara biləcək potensialda daha 7-8 yerli var. Bəziləri hələ ölkə sərhədlərindən kənara çıxacaq səviyyəyə çatmasa da, "yetişmiş meyvələr” də az deyil. Potensialı yerli çempionat həddini aşanlardan danışırıqsa, ilk növbədə 24 yaşlı forvardın – Ramil Şeydayevin üzərində dayanmalıyıq.

Sankt-Peterburq "Zenit”inin yetirməsi belə desək, şans qatarının sonuncu vaqonundadı. İndiki formasıyla belə, yığmanın əsas qol ümidi olan Ramilin "Sabah”ın yeni müqavilə təklifini geri çevirməsi sevindirici reallıqdı. Bu o deməkdi ki, Masazır təmsilçisinə heç nə verə bilmədiyi üçün vaxtından əvvəl qovulan Visente Qomes yığma üçün yaxşı hücumçu mövzusunu birdəfəlik bağlaya bilməyib. Əksinə, faydasız ispanın dönəmində ehtiyatda çox oturan Şeydayevin papağını qabağına qoyub yaxşı-yaxşı fikirləşməyə vaxtı olub və o, cəsarət sərgiləyərək düzgün qərar verib. Son məlumatlara görə, Türkiyənin 1-ci liqasından aldığı çağırışa da "yox” deyərək Rusiyanın elita klublarından biriylə danışıq aparır...

Get, Ramil, get...  Tək özün yox, hamımız –  milli rəmzlərə bürünmüş forma, hər il ürəklərində yeni ümidlər cücərdən azarkeşlər, AFFA-nı "qamçılamaq"dan usanmış idman yazarları, səninlə qürur duyan doğmaların və xalqın üçün get! 
 
Nihat
Redexphoto
Oxşar xəbərlər

phrase_var_core.lent

11 phrase_var_core.may 2025
19:02

MPL: "Kəpəz" "Sumqayıt"a qalib gəlir - YENİLƏNİR

18:26

"Lill"in hücumçusu İtaliya klubuna keçir - Danışıqlar başladı

17:41

Bellingem əməliyyat olunacaq

17:26

Almaniyada elitanı tərk edəcək daha bir komanda bəlli oldu

16:54

Ançelottinin Braziliya millisindəki rekord maaşı da bilindi, irəli sürdüyü şərtlər də

16:11

"Sevilya"nın fanatları bazaya hücum çəkdilər

15:46

Azərbaycan parapauerliftinqçisi Dünya Kubokunda 2 qızıl medal qazandı

15:27

"İnter" 2 futbolçusu ilə vidalaşır - ADLAR

14:50

"Peşəkar inkişafıma ən çox kömək edən..." - Lionel Messi açıqladı

14:13

Emil oynadı, komandası səfərdə qazandı

13:44

Vüsaldan assist, komandası pley-offda, Coşqun isə...

13:24

Azərbaycan karateçilərindən dünya çempionatında 4 medal

12:55

"Qarabağ" 10 pillə irəlilədi, "Sabah" 26

12:21

"Barselona" zədəli oyunçularının sıraya döndüyünü açıqladı

11:59

Sörlotun etdiyini indiyədək bacaran olmamışdı - Tarixi rekord

11:26

"Bayern Münhen" Almaniya yığmasının üzvü ilə danışıqlara başladı

10:57

"Real" Fransa millisinin futbolçusunu alır - SON DURUM

10:22

ABL: Bu gün final seriyasında 5-ci oyun keçiriləcək

09:00

Günün oyunları bu kanallarda - AFİŞA

02:24

Liqa 1: PSJ 3 xalı 4 qolla qazandı

02:09

İtaliya A Seriyası: "Yuventus" son dəqiqə qolu ilə yıxıldı

01:50

İspaniya La Liqası: "Atletiko" qələbəni darmadağınla qazandı

00:53

Türkiyə Super Liqası: "Qalatasaray" Trabzon səfərindən 3 xalla ayrıldı

00:31

Almaniya Bundesliqası: "Bayern Münhen"dən inamlı qələbə

10 phrase_var_core.may 2025
23:56

İPL: “Mançester Siti” "Sauthempton"la bacarmadı

23:11

İki komandanın Bundesliqanı tərk etməsi dəqiqləşdi

22:30

"Azarkeşlərimizin qarşısında utanırıq"- Kurban Berdiyev

22:06

"Hədəfi qalmayan komandanın futbolçularına motivasiya vermək çox çətindir" - Samir Abasov

21:45

"İmişli" klubu bəyanat yaydı

21:23

MPL: "Zirə" də səfərdə sevindi, "Neftçi" də

20:48

Rəşad Sadıqov "Səbail"ə qalib gəldikləri oyunu belə dəyərləndirdi

20:24

"Xoşbəxtəm, "B" kateqoriyam ola-ola, ağır yükü mənə verdilər" - Elvin Məmmədov

19:55

Renat Dadaşov oynadı, komandası qələbə həsrətinə son qoydu

19:20

Dadaşova Gürcüstanda medal qazandı

18:51

Bakıda “Zəfər Kuboku” başladı

18:20

Arne Slot Aleksandr-Arnolda əvəzləyici tapdı

17:56

"Sumqayıt" "Kəpəz"lə oyuna itkilərlə çıxacaq - AÇIQLAMA

17:13

Avropa kuboku: İlk gündə 1 qızıl, 1 gümüş, 1 bürünc medal qazanıldı

16:47

Səlcuk İnan klubsuz qaldı

16:22

Azərbaycan liqalarında “Ayın qolu”nun qalibləri müəyyənləşdi

phrase_var_core.fb
X