AVRO-2020-nin Belçika - Portuqaliya oyununu dəyərləndirən Roy Kin portuqaliyalı ulduz Joao Feliksi hədəfə alıb.
Fanat.Az xəbər verir ki, "Atletiko"nun 127 milyon avroya transfer etdiyi futbolçunun turnirdə imkanlarından aşağı səviyyədə çıxış etməsi əfsanəvi futbolçunu özündən çıxarıb.
"O bir saxtakardır. Sənə ən çox ehtiyac duyulan anda meydana çıxırsan və qazandığın imkanları asanlıqla boşa verirsən. 100 milyon avroluq oyunçu deyilmi? Ronaldu onu paltardəyişmə otağına buraxmamalıdı. Ronaldunun yerinə olsam onun yaxasından yapışaram, döyərəm"
Aydın