“Neftçi”nin hücumçusu Bahodir Nasimov Özbəkistan milli komandasının heyətində fərqlənib. Futbolçu 2014-cü il dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçirilən Qətər yığması ilə oyunda dubla imza atıb. Özbəkistanın 5:1 hesablı qələbəsi ilə nəticələnən görüşdə Nasimov komandasının birinci (60-cı dəqiqə) və üçüncü (74-cü dəqiqə) qolunu vurub.
Qeyd edək ki, qələbə sayəsində pley-offa yüksələn Özbəkistan milli komandası bu mərhələdə İordaniya yığması ilə qarşılaşacaq. Mərhələni adlayan komanda isə Cənubi Amerika zonasında 5-ci yeri tutan yığma ilə üz-üzə gələcək.
İdman24.az