"Qarabağ"ın Avstriya toplanışı çərçivəsində qarşılaşacağı bütün rəqiblərin adları bəlli olub.
Fanat.Az-ın məlumatına görə, 12 günlük hazırlıq çərçivəsində 3 yoxlama görüşü keçirəcək ağdamlılar iyulun 7-də Bolqarıstan MOİK-i (Sofiya) ilə üz-üzə gələcəksə, İyulun 11-nə planlaşdırılan matçda rəqib Rusiya "Arsenal"ı olacaq.
"Köhlən atlar" iyulun 15-də Almaniyanın Bundesliqa təmsilçisi "Auqsburq"la qarşılaşacaq.
Qeyd edək ki, Qurban Qurbanovun yetirmələri hazırlığın birinci mərhələsini Bakıda keçirib. Ağdam təmsilçisi Ağdam təmsilçisi iyunun 26-da "Keşlə” (7:0), 30-da isə "Sumqayıt”la (3:1) oynayıb.
Atilla