Portuqaliyanın Koimbra şəhərində gənc cüdoçular arasında keçirilən Avropa Kubokuna yekun vurulub.
Fanat.Az xəbər verir ki, beynəlxalq turnirin son günündə Azərbaycan cüdoçuları 2 bürünc medal qazanıblar.
Elcan Hacıyev (81 kq) və Ruslan Nəsirli (100 kq) Portuqaliyadakı yarışı 3-cü yerdə başa vurublar.
Beləliklə, milli komandamız Avropa Kubokunda 1 qızıl və 3 bürünc medal qazanıb.
Yarışın ilk günündə Turan Bayramov (60 kq) qızıl və Nəriman Mirzəyev (66 kq) bürünc medala layiq görülmüşdü.
Qeyd edək ki, Avropa kubokunda 24 ölkədən 306 cüdoçu yarışıb.