22:57 07.07.2021 728

"Qol epizodlarından lazımınca istifadə edə bilmədik" - Kaxaber Tsxadadze

"Hər zaman oyundan sonra analiz etmək çətin olur. Lakin üstünlük bizdə idi, təəssüf ki, nəticə əksinə oldu. İkinci qolda diqqətsizlik oldu. Birinci hissədə futbolçularımız gözəl işlədilər. Yeni qaydalara əsasən, ev və səfər qolları önəm daşımır. Ona görə cavab görüşündə lazımi nəticəni əldə edəcəyimizə ümid edirəm. Bütün fikirlər qələbəyə yönəlməlidir".

Fanat.Az xəbər verir ki, bunu "Dinamo"nun baş məşqçisi Kaxaber Tsxadadze Gürcüstan paytaxtında "Neftçi"ya 1:2 hesabı ilə uduzduqları UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk görüşündən sonra mətbuat konfransında deyib.

53 yaşlı mütəxəssis bildirib ki, yerli bazardakı bütün futbolçular məşğuldurlar. Amma legioner cəlb etməkdə problemlər var: "Onlar xəyanət etdilər. Biz o səviyyəyə çatmışıq ki, yaxşı oyunçular axtarmalıyıq. Sıx qrafiklə oynamağımız bugünkü oyuna da təsirsiz ötüşmədi. Komandamız uduzmamağa layiq idi. Azarkeşlər etirazlarında haqlı idilər. Amma onlar da bugünkü vəziyyəti anlamalıdırlar".

Tsxadadze futbolçularının bəzi epizodlarda tələsdiklərini və bunun da nəticəyə təsirini göstərdiyini söyləyib: "Birinci hissə planlı şəkildə gedirdi, tapşırıqlar icra olundu. Təəssüflər olsun ki, "Neftçi”nin ikinci qolundan sonra komanda tələsirdi. İlk yarıda isə qol buraxsaq da tələsmirdik, bunun da nəticəsində qol vurduq. İkinci yarıda isə futbolçularım düşünürdü ki, vaxt azdı, qol vurmalıyıq. Bunu etməməli idilər. Qol epizodları var idi, lakin lazımınca istifadə edə bilmədik. Səbəb bəlkə bu idi ki, tələsdilər. Tələsməsəydilər, nəticə fərqli olardı. Bəzi oyunçularda onlarda olan resrulardan sona kimi xərcləməlidilər. Digər oyunçuları 65-ci dəqiqədə dəyişdik. Çünki fiziki durumları yaxşı deyildi. Amma əsas odur ki, istədiyimiz nəticə olmadı. "Neftçi”nin də zəif nöqtələrini öyrənib istədiyimizə çalışacağıq".

Baş məşqçi "Neftçi"nin qapıçısı Aqil Məmmədovun da uğurlu çıxışını vurğulayıb: "Üstün oyunla rəqibin cərimə meydançasına bir neçə dəfə daxil olduq. Lakin "Neftçi"nin qapıçısı bir neçə epizodda gözəl oynadı. Hücumlarımızı son anda tamamlaya bilmədik. Rəqib təcrübəli oyunçulara malik idi. Onların heyətində legionerlərin çoxluğu önəm daşımırdı. Emin Mahmudov və Namik Ələskərovun çıxışını da qeyd edərdim".

Qeyd edək ki, iyulun 14-də "Bakcell Arena"da keçiriləcək cavab görüşü saat 21:00-da başlanacaq.
 
Mənbə: Report.az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

15 May 2025
22:18

Konseysau da "Milan"dan gedir, o da - Qərar verildi

21:50

"İmişli"nin "ASCO Arena" istəyi baş tutmadı - AÇIQLAMA

21:11

MPL: 35-ci turun təyinatları açıqlandı

20:52

"Sabah" "Zirə" ilə oyuna 4 itki ilə hazırlaşır - AÇIQLAMA

20:17

"Şamaxı"nın 4 futbolçusu "Araz-Naxçıvan"a qarşı oynamayacaq - AÇIQLAMA

19:50

Portuqaliya Futbol Federasiyası Mourinyu ilə bağlı yayılan xəbərləri yalanladı

19:14

İPL-də mövsümün ən yaxşı futbolçusu kim olacaq? - Namizədlər bəllidir

18:41

1-ci Liqanın qalibi mükafatlandırıldı

18:08

İPL-də mövsümün ən yaxşı məşqçisi adına 5 namizəd var - ADLAR

17:41

Azərbaycan Kubokunun final oyununun biletləri satışa çıxarıldı

17:23

PSJ-nin əsas transfer hədəfi bilindi - Paris təmsilçisi yeni bombardir alır

17:04

Mahir Emreli "Ayntraxt"a qarşı oynaya biləcəkmi? - Kloze açıqladı

16:46

"Bu, yekunda titulun bəzədiyi möhtəşəm mövsüm oldu" - Vinçentso İtalyano

16:28

Azərbaycan badmintonçuları Bolqarıstanda bürünc medal qazandılar

16:10

"Zirə" "Sabah"la oyuna 5 itki ilə çıxacaq - AÇIQLAMA

15:51

Mourinyu milli komandanın "sükanı arxası"na keçir - İDDİA

15:33

Azərbaycanın millisi ilk dəfə B divizionunda mübarizə aparacaq

15:15

UEFA Avropa çempionatını təxirə salır - AÇIQLAMA

14:56

AFFA-da türkiyəli nümayəndələrlə görüş keçirildi

14:38

"Barselona" 8 futbolçu ilə yolları ayırır - ADLAR

14:20

Azərbaycanlı parabadmintonçu Bəhreyndə beynəlxalq turnirə qatıldı

13:52

“Turan Tovuz” Futbol Akademiyasına seçimlər başlayır

13:34

Neymar 1 milyonluq yeni avtomobilini göstərdi - FOTO

13:15

Azərbaycan millisinin üzvü Dünya Kubokunda iştirak edəcək

12:56

La Liqada cəmi iki mövsüm davam gətirdilər

12:37

Stolüstü tennis üzrə ölkə çempionatının ilk qalibləri bilindi

12:19

Hələ "Real" tarixində Mbappe kimisi olmamışdı - Di Stefanonun rekordu yeniləndi

12:01

Asensio və üç keçmiş "Real"lıya qarşı cinayət işi açıldı

11:43

Konseysau finalda "Bolonya"dan aldıqları məğlubiyyəti belə şərh etdi

11:24

Azərbaycan gimnastları Avropa kubokunda mübarizəyə başlayırlar

11:05

Erik Dayerin yeni klubu bəlli oldu - RƏSMİ

10:46

Yeddi ölkə III MDB Oyunlarında iştirakını rəsmən təsdiqləyib

10:27

Almaniya nəhəngi yeni transfer reallaşdırdı - RƏSMİ

10:08

AFFA rəhbərliyi FIFA-nın Konqresində iştirak edəcək

09:49

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:27

"Barselona"nın ulduzu üçün mövsüm bitdi

09:00

"Liverpul" Aleksandr-Arnolda əvəzləyici tapdı - Razılıq əldə olundu

01:33

İspaniya La Liqası: "Real"dan əzmkar qələbə

01:19

"Milan" İtaliya Kubokunu qazana bilmədi

00:48

Yüngül çəkidə yeni çempion Las Veqasda müəyyənləşəcək

Facebookdan bizi izləməyi unutmayın.
X