"Sabah"ın akademiyasında bir sıra dəyişikliklər olacaq.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, akademiyada bir neçə məşqçinin yeri dəyişəcək və yeni məşqçilər cəlb olunacaq.
Məsələni dəqiqləşdirmək üçün kluba müraciət etdik. "Sabah"ın mətbuat katibi Elnur Həmidov Fanat.Az-a açıqlamasında bildirdi ki, "Yerdəyişmə yaş qruplarının dəyişməsi ilə bağlı olan məsələdir. Məsələn, keçən il daha aşağı yaş qrupuna rəhbərlik edən məşqçi növbəti mövsümdə daha yüksək yaş qrupuna təyin oluna bilir. Bu, həmin məşqçilərin çalışdırdığı uşaqların növbəti mövsümdə daha yuxarı yaş qrupunda çıxış etməsi ilə bağlı olur. Yeni məşqçilər olacaq, ya yox, bu məsələlərə qarşıdakı günlərdə aydınlıq gələcək".
Röya Kərimli