Futbol üzrə birinci divizionda yarışa sentyabrın 23-də start veriləcək.
Fanat.az-ın əldə etdiyi məlumata görə, Peşəkar Futbol Liqasından bu barədə klublara şifahi məlumat verilib və planlarını buna uyğun qurmaları tövsiyə edilib.
Çempionatda 13 komandanın iştirakı gözlənilir. Hər halda, hazırda bu sayda iştirakçının adı təsdiqlənib.
2021/2022 mövsümündə Premyer Liqa klublarının hamısının əvəzedici komandasının yarışda iştirakı məcburidir. "Neftçi-2”, "Qarabağ-2”, "Sabah-2”, "Zirə-2”, "Keşlə-2”, "Sumqayıt-2”, "Səbail-2”, "Qəbələ-2”-dən başqa, MOİK, "Qaradağ Lökbatan”, "Turan”, "Zaqatala və "Kəpəz” də yarışa qatılacaq.
Mirağa