18:00 08.07.2021 1191

PFL rəsmisi Pemyer Liqa və I Divizionla bağlı detallara aydınlıq gətirdi - MÜSAHİBƏ

Peşəkar Futbol Liqasının Texniki İdman Şöbəsinin rəisi Elgiz Abbasov növbəti mövsümlə bağlı yeniliklər, püşkatmanın tarixi və sair bir çox məsələlərə Fanat.az saytına müsahibəsində aydınlıq gətirib. 

- Növbəti mövsümün əsasnaməsi hazırlanıbmı? Hansı yeniliklər gözlənilir? 
- Ötən mövsüm başa çatdıqdan dərhal sonra biz növbəti mövsümün start vaxtını açıqladıq. Belə ki, yeni "futbol ili”nin 14 avqustda start götürəcəyi planlaşdırılır. Bilirsiniz ki, hələ ötən mövsümün gedişində yeni mövsümün planları ilə bağlı qeydlər aparılır. Çünki liqanın gedişində çatışmazlıqları, tətbiq olunması vacib olan yenilikləri və digər məqamları görmək daha asandır. Bu isə o deməkdir ki, yeni Əsasnamə üzərində işləməyə hələ ötən mövsümün gedişində başalamışıq. Hazırda Əsasnamə üzərində tamamlama işləri gedir. Əsasnamədə bir sıra yeniliklər öz əksini tapacaq. Amma sənəd rəsmiləşməmiş bu barədə geniş danışmaq istəmirəm.

- Püşkatma, təqvim nə vaxta planlaşdırılır? 
- Püşkatma mərasimi ilə bağlı onu deyə bilərəm ki, mərasim bu ayın sonunda reallaşacaq. Komandalar ilk turda qarşılaşacaqları rəqiblərini startdan xeyli əvvəl biləcəklər. Təqvimə gəlincə, püşkatma olmadan nəsə demək olmaz. Püşkatmadan sonra mümkün qədər tez bir zamanda bunu ictimaiyyətə təqdim edəcəyik.

- Divizionda iştirak üçün rəsmi müraciət edənlərin sayı hazırda nə qədərdir? 
Biz Premyer Liqa və I Divizion arasında elə də fərq qoymuruq. Ötən il divizion yarışını tam diqqət mərkəzində saxlamışıq. Demək olar, əksər oyuunlar canlı yayımlanıb. Bu il də I Divizionla bağlı bir sıra planlarımız var. Yarışın daha çox maraq cəlb etməsi üçün əlimizdən gələni edəcəyik. I Divizion klubları ilə məsələni dəqiqləşdirmişik. Üç yeni klub – "Zirə”, "Səbail” və "Qəbələ”nin ikinci komandaları da bu yarışa qoşulacaqlar. Son olaraq, "Qəbələ” iştirakını təsdiqlədi. Hansı ki, bunu bir müddətdir gözləyirdik. Komanda sayı bizə yarışın iki dövrədən ibarət olacağını və sentyabrın ikinci həftəsində start götürəcəyini deyir. Konkret start günü ilə bağlı yaxın günlərdə məlumat veriləcək.

- Premyer Liqa klublarının PFL-ə ötən mövsümdən qalan borcları ödənilibmi? Kimlər ödəyib, kimlərdə qalıb? 
- Bizim hal-hazırda həm I divizion, həm də Premyer Liqa klubları ilə qarşılıqlı, yaxşı əməkdaşlıq münasibətlərimiz var. Amma cəzalar, cərimələr də futbolun tərkib hissəsidir. Odur ki, klubların mövsüm boyunca cərimələnməsi normal haldır. Borcların ödənilməsinə gəlincə, demək olar, bütün klublar – həm divizion, həm Premyer Liqa komandaları bunu həyata keçiriblər. Amma açıq demək lazımdır ki, bu, tam şəkildə olmayıb. Bu gün üçün "Qarabağ”dan başqa bütün klubların PFL-ə müvafiq borcları var. 

Mirağa
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

19 May 2025
01:16

İtaliya A Seriyası: "Napoli" də büdrədi, "İnter" də

00:40

İPL: "Arsenal" tək qolla qazandı

00:18

İspaniya La Liqası: "Barselona" öz meydanında uduzdu, "Real" səfərdə qalib gəldi

18 May 2025
23:57

Türkiyə Super Liqası: "Qalatasaray" 25-ci çempionluğunu darmadağınla qazandı

23:19

"Turan Tovuz"un əvəzedicilərindən inamlı qələbə

22:40

"Qarabağ" mükafatlandırıldı - VİDEO

22:13

"Lazım olduqca sponsorlarla dil tapacağıq" - Qurban Qurbanov

21:50

"Bizdə nədənsə zəiflərə qarşı antipatiya var" - Azər Bağırov

21:09

Mahir Emrelidən son oyunda het-trik - VİDEO

20:53

MPL: "Neftçi" də böyük hesabla qazandı, "Qarabağ" da

20:25

"Bu barədə hələ rəhbərliklə dəqiq söhbət etməmişik" -Elvin Məmmədov

19:54

Samir Abasov qələbədən sonra belə danışdı

19:15

Mahir Emreli "Nürnberq"lə qol şousu göstərərək vidalaşdı

18:40

Dünya çempionu iş yerini dəyişə bilər

17:53

Mahir Emreli "Ayntraxt"a 10 dəqiqəyə iki qol vurdu

17:24

MY finalda uduzsa...

16:48

Əminə Əliyeva Perucada çempion oldu

16:28

Futbol tarixinin ən yaxşı oyunçusu bilindi - Ronaldinyo "10-luğ"a düşdümü?

15:52

Futbol tarixinin ən yaxşı qapıçısı açıqlandı - Buffon 2-ci oldu

15:16

Azərbaycanın stolüstü tennisçiləri Çinə yollandılar

14:43

1-ci Liqa: Son turun oyun cədvəli bilindi

14:26

Azərbaycanın 8 boksçusu 1/4 finala yüksəldi

13:45

"Zirə" büdcəsini açıqladı

13:10

MPL: Son turun oyun cədvəli bəlli oldu

12:48

"Sabah" Rusiyadakı turnirdə 2-ci oldu

12:27

"Üç qol vurduqsa, üç real fürsəti də qaçırdıq" - Füzuli Məmmədov

11:44

37 yaşlı Di Mariya bu kluba keçməyə yaxındır

11:13

"Sportinq" 21-ci dəfə Portuqaliya çempionu oldu

10:47

Şerki "Olimpik Lion"dan gedəcəyini təsdiqlədi

09:48

"O komandanı çalışdırmaq ən böyük məqsədimdir" - Leonardo Bonuççi

09:05

Günün oyunları bu kanallarda - AFİŞA

02:11

Fransa Liqa 1: Kvaratsxeliya qapını bərk çırpdı

17 May 2025
23:39

Almaniya Bundesliqası: Mövsümə yekun vuruldu

23:05

20-ci mükafatçı – “Araz-Naxçıvan”

22:38

"Mançester Siti" İngiltərə Kubokunu qazana bilmədi

22:03

"Son ev oyunumuzda qələbə qazanmaq istəyirdik" - "Sumqayıt"ın məşqçisi

21:36

"Layiqli qələbə qazandıq" - Kurban Berdiyev

21:18

Rəşad Sadıqov "Sabah"la oyunu belə dəyərləndirdi

20:55

Berezutski "Zirə" ilə oyunun nəticəsindən razı qalmayıb

20:33

Yamal sabiq məşqçisinə təşəkkür etdi: "Onsuz bu uğuru qazana bilməzdik"

Facebookdan bizi izləməyi unutmayın.
X