Mövsümün sonunda "Zirə”dən ayrılan Kərim Diniyev özünə yeni klub tapıb.
Fanat.az xəbər verir ki, 27 yaşlı müdafiəçi avrokuboklarda çıxış edəcək "Keşlə” ilə müqavilə bağlayıb. O, qarşıdakı mövsümdə paytaxt klubunun formasını geyinəcək.
Qeyd edək ki, Diniyev ötən mövsümdə zirəlilərin heyətində cəmi 2 premyer liqa matçında oynamaq şansı qazanıb. Mövsümün sonunda Rəşad Sadıqov onun xidmətinə ehtiyac duymayıb. Maraqlıdır ki, millimizin sabiq baş məşqçisi Şahin Diniyevin kiçik oğlu Coşqun Diniyev də vaxtilə "Keşlə”də (klub onda "İnter” adlanırdı) top qovub.
Mirağa