12:30 09.07.2021 770

Avropa çempionumuz favorit sayılmadığına görə sevinir

Cüdo üzrə Azərbaycan yığmasının üzvü Orxan Səfərov Fanat.az-ın suallarını cavablandırıb. 66 kiloqram çəki dərəcəsində Azərbaycanı Tokio-2020-də təmsil edəcək idmançı bir neçə ay davam edən uğursuz seriyası, Tokiodakı rəqibləri və Oyunların tamaşaçısız keçirilməsi barədə qərarın əhval-ruhiyyəsinə təsirindən danışıb.

- Avropa çempionu olduqdan sonra ardıcıl bir neçə yarışda erkən məğlub oldunuz. Nicat Şıxəlizadə ilə reytinqdəki mövqelərinizin yaxın olduğunu nəzərə alsaq, Olimpiadaya qatılıb-qatılmayacağınız da son ana qədər sual altındaydı. Uğursuz seriyanız nə ilə bağlı idi?
- Mən adətən ilin sonunda ideal formadan uzaq düşürəm. Əvvəlki formanı bərpa etməyim də bir neçə ay vaxt aparır. Digər tərəfdən, çəkidəki rəqabət səbəbindən ard-arda yarışlara çıxmalı oldum. Bu da mənə rahat olmur. Yarışa bir ay, ay yarım hazırlaşanda normal çıxış edə bilirəm.  

- Dünya çempionatında yarımfinaladək gəlsəniz də, hər iki şansı əldən buraxıb medalsız qaldınız. Budapeştdəki çıxışınızı necə dəyərləndirirsiniz?
- Dünya çempionatınadək komanda olaraq Olimpiadaya hazırlaşırdıq. Bizim çəkidə də lisenziyanın olacağı dəqiqləşmişdi, sadəcə, hansımızın Olimpiadada güləşəcəyi bu yarışın nəticəsindən asılı idi. Ağır məşqlərdən sonra istirahət imkanım olmadığına görə Budapeştə çox yorğun getmişdim. Buna baxmayaraq, ilk dörd görüşdə qalib gəldim. Rusiya cüdoçusu ilə üçüncülük görüşümü çıxmaqla, bütün görüşlərimi yaxşı keçirdiyimi düşünürəm. Orada da yorğunluq sözünü dedi.

- Ötən Olimpiadadan fərqli olaraq bu dəfə favoritlər arasında adınız çəkilmir. Ən güclülərlə ilk mərhələlərdəcə üz-üzə gəlmək ehtimalınız var. Xüsusən kiminlə başlanğıcda düşmək istəməzsiniz?
- Açığı, favorit sayılmadığıma görə sevinirəm. Belə daha rahat olacağam. İki ildir 66 kiloda güləşsəm də, hazırda reytinqin "onluğ"unda olan cüdoçuların çoxuna qalib gəlmişəm. Odur ki, ilk mərhələlərdə kiminlə düşməyimin elə bir əhəmiyyəti yoxdur. 

- Bu, Abe olsa belə?
- Bəli. Onun itirəcəyi nəsə var, mənim yox. Qoy o qorxub həyəcanlansın, mən rahat güləşəcəyəm.

- Tokio-2020-nin tamaşaçılarsız keçirilməsi barədə qərar verilib. Bunu necə qarşıladınız?
- Mənə çox pis təsir etdi. Bəzi idmançılar zaldakı atmosferdən narahat olur, məndə isə həmişə əksinə olub, tribunadan güc almışam. Ancaq bunadək artıq neçə yarışımız azarkeşsiz keçib, yoxluğa öyrəşmişəm.
 
Sahib Əsədbəyli
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

01 İyul 2025
01:05

Klublararası dünya çempionatı: "İnter"i İtaliyaya erkən göndərdilər

30 İyun 2025
23:50

Azərbaycanın 3 güləşçisi finala yüksəldi

23:15

Arda Turan "Fənərbağça"nın 2 futbolçusunu "Şaxtyor"a aparır - SON DURUM

22:41

"Biz bu mövsüm PSJ-ni artıq bir dəfə yenmişiksə..." - Leon Qoretska

22:02

Premyer Liqa klubu 5 futbolçu ilə yollarını ayırdı - ADLAR

21:40

Rəşad Sadıqov "Qarabağ"la oyundan nə danışdı?

21:14

"Futbolçuların hazırlıq səviyyəsi tam qaydasında deyil" - Qurban Qurbanov

20:55

"Milan" millinin üzvü ilə vidalaşdı

20:07

"Qarabağ" "Zirə"yə böyük hesabla qalib gəldi

19:49

Azərbaycan idmançısı Xorvatiyada medal qazandı

19:20

"Portu"nu italiyalı məşqçi çalışdıracaq

18:51

"Qocalıram, 23 yaşımın olduğuna inana bilmirəm" - Qvardiol

18:15

"Sabah"ın rəqibi yeni transfer reallaşdırdı

17:45

"Buna görə də ikinci yarıda daha cəsarətliydik" - Jordi Alba

17:28

Azərbaycan millisinin hücumçusu Polşa klubundan ayrıldı

17:09

Poqba "Monako"nu seçməsinin səbəbini belə izah etdi

16:51

UEFA iki klubu avrokuboklardan kənarlaşdırdı

16:33

Aspilikueta "Atletiko Madrid"i tərk etdi - RƏSMİ

16:15

"İnter"in daha bir ulduzu sıradan çıxdı - AÇIQLAMA

15:58

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

15:41

"İndi bütün diqqətimiz PSJ ilə oyuna yönəlib"

15:22

Maskerano PSJ-yə darmadağını şərh etdi - "Fərq nəzərə çarpırdı"

15:03

Azərbaycan millisinin Türkiyə toplanışı başa çatdı

14:45

"Sabah" legioneri ilə vidalaşdı

14:26

Azərbaycanlı hakim dünya çempionatına təyinat aldı

14:07

Amerikalı qadın Fransa klubunun prezidenti oldu

13:48

Dünya Kuboku: Azərbaycan gimnastlarından iki medal

13:29

İspaniya millisinin üzvü İtaliya yolunda - Danışıqlar başladı

13:10

"Neftçi" yeni sponsorluq müqaviləsi bağladı

12:52

"Bu, fəlakət olacaq, tükənəcəyik, klublararası dünya çempionatı bizi məhv edəcək" - Qvardiola

12:17

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:58

Gəncə komandası braziliyalı baş məşqçi ilə anlaşdı

11:40

"Kəpəz" daha 3 futbolçusu ilə vidalaşdı

11:22

"Onunla bağlı heç bir şübhəm yox idi" - Luis Enrike

11:03

Azərbaycan boksçusu beynəlxalq turnirdə gümüş medal qazandı

10:44

Xilaskar məşqçi qovuldu - "Bu, ayıbdır"

10:25

"Qarabağ"la "Zirə" sınaq matçında qarşılaşırlar

09:45

Kristensen "Barsa"dan getmək istəmir

09:23

Klublararası dünya çempionatı: "İnter" braziliyalılarla, "Mançester Siti" ərəblərlə qarşılaşır

09:00

"Messi komanda yoldaşlarıyla yox, heykəllərlə oynayır" - Zlatan İbrahimoviç

Facebookdan bizi izləməyi unutmayın.
X