"Hazırlıqlar yaxşı gedir. Məqsədim Olimpiadadan medalla qayıtmaq, Azərbaycanın bayrağını dalğalandırmaqdır".
Fanat.az xəbər verir ki, bunu Milli Olimpiya Komitəsinin rəsmi "Facebook" səhifəsinə açıqlamasında 63 kiloqram çəki dərəcəsində Tokio-2020-yə lisenziya qazanan boksçumuz Cavid Çələbiyev deyib.
Olimpiya lisenziyasını iyunun 4-dən 8-dək Parisdə davam etdirilən Avropa Təsnifat Turnirində əldə edən idmançı bu yolda çətinlik çəkmədiyini bildirib.
29 yaşlı dünya çempionu "Rəqiblər Caviddən qorxmalıdırmı" sualını "Qorxmalıdırlar, ancaq hər şeyi rinqdəki mübarizə göstərəcək" deyərək cavablayıb.
Qeyd edək ki, koronavirus səbəbindən təxirə salınan Tokio-2020 Yay Olimpiya Oyunları iyulun 23-dən avqustun 8-dək keçiriləcək. Boks yarışları 24 iyul-8 avqust aralığında "Ryogoku Kokugikan" arenasında baş tutacaq.
Sahib Əsədbəyli