Xorvatiyanın paytaxtı Zaqrebdə "Grand Chess Tour" şahmat seriyasının rapid və blitz üzrə üçüncü mərhələsinin oyunları davam edir. Üç gün ərzində baş tutan rapid görüşlərindən sonra turnirin blitz qarşılaşmalarına start verilib.
Fanat.az xəbər verir ki, ilk gün 9 tur oynanılıb.
Azərbaycanın turnirdə yeganə təmsilçisi Şəhriyar Məmmədyarov ilk görüşdə Maksim Vaşye-Laqrava yenilib. Sonrakı iki görüşünü qələbə ilə başa vursa da, növbəti iki turda məğlub olub. Ardınca Harri Kasparovu 7-ci gedişdə təslim olmağa vadar edən qrossmeysterimiz, ardınca daha bir məğlubiyyətlə üzləşib. Son iki turda isə o, xalları yarı bölüb.
1-ci tur - Maksim Vaşye Laqrav(Fransa) 1-0 Ş.Məmmədyarov
2-ci tur - Ş.Məmmədyarov 1-0 Yan Nepomnyaşiy(Rusiya)
3-cü tur - Yorden van Forest(Niderland) 0-1 Ş.Məmmədyarov
4-cü tur - Ş.Məmmədyarov 0-1 Aleksandr Qrişuk(Rusiya)
5-ci tur - Yan-Kriştof Duda(Polşa) 0-1 Ş.Məmmədyarov
6-cı tur - Ş.Məmmədyarov 1-0 Harri Kasparov(Rusiya)
7-ci tur - Anton Korobov(Ukrayna) 1-0 Ş.Məmmədyarov
8-ci tur - Vişvanatan Anand(Hindistan) 0,5 - 0,5 Ş.Məmmədyarov
9-cu tur - Ş.Məmmədyarov 0,5-0,5 Aniş Giri(Niderland)
Bu nəticələrdən sonra Məmmədyarovun yeri dəyişməz qalıb. O, 13 xalla 6-cı sıradadır. Turnir cədvəlinə 17 xal toplayan Yan Nepomniyaşiy başçılıq edir. Ondan 0,5 xal geri qalan Vaşye-Laqrav ikincidir.
11 iyulda baş tutacaq daha 9 turun qarşılaşmaları ilə turnirə yekun vurulacaq.
Qeyd edək ki, Şəhriyar Məmmədyarov "Grand Chess Tour" seriyasının birinci mərhələsinin - "Superbet Chess Classic Romania"nın qalibi olub.
Sahib Əsədbəyli