20:13 13.07.2021 640

"İndi bir-birimizin zəif cəhətlərini daha yaxşı bilirik" - Kaxaber Tsxadadze

Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində sabah baş tutacaq "Neftçi" - "Dinamo" oyunu ərəfəsində ənənəvi mətbuat konfransı keçirilib.

Fanat.Az-ın əməkdaşının da qatıldığı konfransda birinci qarşılaşmada 1:2 hesabıyla uduzan Tiflis təmsilçisinin baş məşqçisi Kaxaber Tsxadadze matç haqda fikirlərini gürcücə bölüşüb və jurnalistlərin suallarını cavablandırıb.

"Axşamınız xeyir olsun. Çoxdandı uzun illər çalışdığım ölkədə, Bakıda olmurdum. Bakı ürəyimdə xüsusi yeri olan şəhərlərdəndir.

Oyun birincidən daha çətin olacaq. Tərəflər səhv etməməyə çalışacaq. Əminliklə deyə bilərəm ki, hər iki komanda bir-birinin zəif tərəflərini görüb.

- Bakı xatirinizdə necə qalıb, nə dəyişib?
- Dünyanın ən gözəl şəhərlərindən biridir. 6 illik fasilədən sonra onu daha gözəl, daha böyük gördüm.

- "Neftçi" evdə oynayır. Səfərdə 2:1 hesablı qələbəni, oyuna azarkeşlərin buraxılacağını nəzərə alsaq, hazırda üstün durumdadır. Bəs sizin tərəfinizdə olan nədir?
- Sözsüz ki, 1:2 hesabıyla uduzduq. Amma "Neftçi"nin bizdən güclü olduğunu deyə bilmərəm. Yəni oyun planında bizdən üstün futbol sərgiləməyiblər. Birinci oyunda qol vəziyyətlərimiz az deyildi. Qapıya 8 zərbəmiz oldu və bunların yeddisini rəqib qapıçı dəf etdi. Üstəlik, qapı dirəyindən qayıdan topumuz da var. Təəssüf ki, iki ciddi səhvə yol verdik. Bakıdakı matçda o səhvləri təkrarlamayacağımıza inanıram. Əminəm ki, başqa bir oyun izləyəcəyik. Biz indi onların zəif cəhətlərini bilirik. Gərgin qarşılaşma olacaq.

- UEFA-nın səfər qolunu ləğv etməsinə münasibətiniz necədir?
- Biz onu nəzərə almırıq. Qələbə qazanacaq gücdəyik.

- Evdə iki səhvə yol verdiniz və uduzdunuz. Bu dəfə nə dəyişəcək?
- Biz "Neftçi"nin zəif olduğunu demirik. Səviyyəsi yüksək olan futbolçuları var. Sabir Buqrin, Emin Mahmudov özlüyündə həm də fərdi təhlükədir. Heyətdə başqa usta adlardan da danışa bilərik... Sadəcə, demək istədiyim budur ki, bizim ilk matçda yenilməyimizin səbəbi onların güclü oynamaları deyildi. "Dinamo" müdafiə xəttindəki iki kobud səhv üzündən məğlub oldu.

- Ümumiyyətlə, bu məkan - "Bakcell Arena" yadınızda necə qalıb? Sizin üçün düşərli məkan saymaq olar, ya yox?
- "Bakcell Arena"nın azarkeş tutumu çox olmasa da, sırf futbol üçün nəzərdə tutulması ürəyimcədir. Çox gözəl stadiondur. İdman qurğusu Azərbaycan əhalisinin yaşadığı binalarla əhatə olunub. Bu, azərbaycanlı futbolçular üçün daha bir motivasiya sayıla bilər.

- "Neftçi"nin zəif cəhətlərini Tiflisdəki matçdan öncə bilmirdiniz?
- Mən indi o cəhətlər barədə danışa bilmərəm. Çünki hər iki tərəf bir-birinin üstün və zəif tərəflərini öyrənib. Sabah kim daha yaxşı istifadə etsə, uğur qazanacaq. 

- İlk oyunla müqayisədə start heyətində dəyişiklik olacaqmı?
- Bunu deməməyi üstün tuturam. 

Mirağa
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

19 May 2024
14:30

"Məhsuldarlığımı daha da artırmaq istərdim, amma..."

14:16

"Sabah" Türkiyədə 4-cü oldu

13:56

Qvardiola növbəti mövsümə harada başlayacağını dedi

13:18

Alleqrinin yerini o tutdu - RƏSMİ

12:55

Teves postunu tərk etdi

12:23

Voleybol məşqçiləri üçün seminar keçirildi

12:00

"Qələbəyə layiq idik" - Ozobiç "Neftçi"dən gedir?

11:27

Enrike 3 futbolçunun PSJ-də qalmasını istəmir - ADLAR

10:58

Azərbaycan seçməsi Ukraynaya qarşı

10:21

ABL: Final mərhələsinin ikinci oyununda kim sevinəcək?

10:00

"Yaratdığımız imkanlardan faydalana bilmədik" - Pedro Nuno

09:30

MPLElmar Baxşıyev sabiq komandasına qarşı - YENİLƏNİR

09:00

Günün oyunları bu kanallarda - AFİŞA 

18 May 2024
23:22

Renat oynadı, komandası "Beşiktaş"a uduzmadı

23:00

"Hər şey öz əlimizdədir" - Azər Salahlı

22:19

"Hakim məsələsini atın kənara, hər şey bəllidir"

21:44

"Tottenhem" müdafiəçisini Avropa nəhənginə satır

21:28

"Futbolçularım fantastik oynadılar" - Krunoslav Renduliç

20:31

"Neftçi"nin qələbəsinə kölgə salmaq istəmirəm, amma..."

20:12

"O qoldan sonra oyun açıldı" - Miodraq Bojoviç

19:45

Adil Şükürov "Zirə"yə məğlubiyyəti şərh etdi

19:25

"Bizdə 5-6 səviyyəli hakim var, amma bu, kifayət etmir" - Rəşad Sadıqov 

18:58

"Neftçi ilə "Zirə"dən qələbə, "Sumqayıt" "Sabah"la bacarmadı

18:26

Aleks de Souza Super Liqa klubunda

17:53

AFFA Yüksək Qızlar Liqasında 2023/2024 mövsümünə yekun vuruldu

17:30

AÇ-2024: Serbiya millisinin ilkin heyəti bilindi

16:57

Azərbaycan boksçuları Rusiyadakı turniri 5 medalla başa vurdular

16:13

"Bu mövsüm sərgilədiyim oyundan razıyam" - İPL-in ən yaxşı oyunçusu

15:47

Azərbaycan millisi Özbəkistanda 3-cü qələbəsini qazandı

15:31

İPL-in ən yaxşı futbolçusu müəyyənləşdi

15:11

Azərbaycan boksçuları Macarıstanda 2 medal qazandı

15:04

Ən yaxşı gənc oyunçu adına namizədlər açıqlandı - Bellingem siyahıda yoxdur

14:45

Stefano Piolini Fonseka əvəzləyəcək

14:15

Lamiyə Parisdə dünya çempionu oldu

13:49

Koul Palmer bütün rəqiblərini qabaqladı

13:15

"Sumqayıt" "Sabah"a qarşı bir itki ilə mübarizə aparacaq

12:41

Azərbaycan ilk dəfə Dünya Kubokuna ev sahibliyi edəcək

11:42

Peşəkar Çövkən Liqası start götürür

11:13

Azərbaycanın 5 güləşçisi Avropa çempionatının finalında

10:50

Ronaldu yeni rekorda imza atdı

Facebookdan bizi izləməyi unutmayın.
X