20:49 13.07.2021 827

"Neftçi" çox yaxşı vəziyyətdə deyil, hansı qrup?" - Samir Abasov

UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində sabah Tiflisin "Dinamo" klubuyla üz-üzə gələcək "Neftçi"nin baş məşqçisi Samir Abasov ənənəvi mətbuat konfransına çıxıb.

Fanat.Az-ın əməkdaşının da qatıldığı konfransda matç haqda fikirlərini bölüşən Abasov ardından jurnalistlərin suallarını cavablandırıb:

"Sabah bizim üçün önəmli gündür. Axır ki, azarkeşlərimizi tribunalara buraxacaqlar. Təbii ki, hər biri öz adından "sağ ol" deyə bilməyəcək. Ona görə də, onların adından aidiyyatı qurumlara təşəkkürümü bildirirəm. Bu. bizə tərəf atılan möhtəşəm addımdır.

Sabahkı matçın gərginliyi indidən hiss olunmağa başlayıb. Olduqca məsuliyyətli görüşdür. Azarkeşlərimiz önündə oynamaq başqa hissdir. İndidən oyun ətrafındakı ajiotajı hiss edirik və bu, bizə əlavə məsuliyyət verir.

"Dinamo" bizə nə dərəcədə hazırlıqlı olduğunu birinci oyunda göstərib. Onlarda çempionatın ortalarıdır, yaxşı formadadılar. Səhv etmirəmsə, Gürcüstan birinciliyində 17 tur oynanılıb. Rəqibin hazır komanda olması Gürcüstanda bizə çətinlik yaratdı. Yaxşı nəticə ilə qayıtsaq da, istədiyimiz oyunu sərgiləyə bilmədik. Çalışacağıq birinci görüşdəki səhvlərdən nəticə çıxardaq. Artıq səfər qolu da aradan götürülüb. Sabah hesaba yox, öz oyunumuza güvənib meydana çıxacağıq".


- "Neftçi" ilk oyunda özünə bənzəmirdi. Komandaya nə olub?
- Hər gedən oyunçunun komandaya təsiri olur. Əlbəttə, əsas heyət oyunçusu gedirsə, yeri bir müddət görünür. "Neftçi"yə nə olmuşdu? Doğrudan da, nələrsə baş verirdi. Oyunun içində bəzi qırılmalar var idi və bu da çıxışımıza təsir etdi. Cinah müdafiəçiləri komandaya kömək edə bilmədi. Harramizi də fərqli mövqedə sınadıq. Düşünürəm ki, getdikcə daha yaxşı olacağıq. Nəticəni qırağa qoysaq, heç oyun da bizi qane etməmişdi. Sabah necə olacağını bilmirik. Öz oyunumuzu dəyişməliyik.
 
- Transferlərlə bağlı vəziyyət nə yerdədir?
- Transferlərə çox ehtiyacımız var. Çempionlar Liqasında da gərgin oyunlar bizi gözləyir. Bir neçə mövqeyə futbolçu lazımdır. Həqiqətən, anlamıram ki, nə baş verir. Çalışırıq ki, düzəldək. Pulun olub-olmadığını deyə bilmərəm. Elə futbolçular var ki, heç danışıqlara girmək istəmir. Bu, hər kəs üçün çətinlik yaradır. Transferlərlə bağlı çətinlik çəkirik. İstədiyimiz futbolçunu gedib almaq gücündə olmalıyıq. Ən azı danışıqlar getməlidir. Əsas olan gedib futbolçunu almaq gücündə olmaqdır. Mənim üçün bu haqda danışmaq çox çətindir.
 
- İndiki "Neftçi" qruplara düşə biləcək gücdədirmi?
- İndiki "Neftçi" çox yaxşı vəziyyətdə deyil. Biz hansı qruplardan danışırıq? Çempionlar Liqasıdırsa, bu, bir yuxudur. Ola da bilər. Avropa Liqası, Konfrans Liqası da var. Bunlar bundan sonra atdığımız addımlarla bağlı olacaq. Bu da birbaşa transferlərlə bağlıdır.
 
- Rəqibin baş məşqçisi "Neftçi"ni məğlub etmək gücündə olduqlarını dedi. Siz həmkarınıza nə cavab verirsiz? 
- Deyirsən, dava edək? (gülür) Səbrli ol, sabah görək nə olur.
 
- Bayaq dediyiniz gərginliyi aradan necə qaldırmaq olar?
- Bütün futbolçular bilir ki, oyunu izləmək üçün sabah stadiona ən azı öz tanışları, azarkeşlər gələcək. Nə deyə bilərik ki, gərginliyi, həyəcanı atsınlar? Futbolçular da gərginliyi hiss etməli, məsuliyyəti dərk etməlidirlər.
 
- "Dinamo" ilə oyunda heyətdə dəyişiklik olacaq? Mərt Çelik ilk oyunda səhvlərlə yadda qaldı...
- Müdafiədə yerdəyişmə etmək çox risklidir. Belə bir məqamda bunu etmək ağılsızlıq və risk olar. Əlimizdə olan hər bir futbolçunu oynadırıq.

Mirağa

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

19 May 2024
13:18

Alleqrinin yerini o tutdu - RƏSMİ

12:55

Teves postunu tərk etdi

12:23

Voleybol məşqçiləri üçün seminar keçirildi

12:00

"Qələbəyə layiq idik" - Ozobiç "Neftçi"dən gedir?

11:27

Enrike 3 futbolçunun PSJ-də qalmasını istəmir - ADLAR

10:58

Azərbaycan seçməsi Ukraynaya qarşı

10:21

ABL: Final mərhələsinin ikinci oyununda kim sevinəcək?

10:00

"Yaratdığımız imkanlardan faydalana bilmədik" - Pedro Nuno

09:30

MPLElmar Baxşıyev sabiq komandasına qarşı - YENİLƏNİR

09:00

Günün oyunları bu kanallarda - AFİŞA 

18 May 2024
23:22

Renat oynadı, komandası "Beşiktaş"a uduzmadı

23:00

"Hər şey öz əlimizdədir" - Azər Salahlı

22:19

"Hakim məsələsini atın kənara, hər şey bəllidir"

21:44

"Tottenhem" müdafiəçisini Avropa nəhənginə satır

21:28

"Futbolçularım fantastik oynadılar" - Krunoslav Renduliç

20:31

"Neftçi"nin qələbəsinə kölgə salmaq istəmirəm, amma..."

20:12

"O qoldan sonra oyun açıldı" - Miodraq Bojoviç

19:45

Adil Şükürov "Zirə"yə məğlubiyyəti şərh etdi

19:25

"Bizdə 5-6 səviyyəli hakim var, amma bu, kifayət etmir" - Rəşad Sadıqov 

18:58

"Neftçi ilə "Zirə"dən qələbə, "Sumqayıt" "Sabah"la bacarmadı

18:26

Aleks de Souza Super Liqa klubunda

17:53

AFFA Yüksək Qızlar Liqasında 2023/2024 mövsümünə yekun vuruldu

17:30

AÇ-2024: Serbiya millisinin ilkin heyəti bilindi

16:57

Azərbaycan boksçuları Rusiyadakı turniri 5 medalla başa vurdular

16:13

"Bu mövsüm sərgilədiyim oyundan razıyam" - İPL-in ən yaxşı oyunçusu

15:47

Azərbaycan millisi Özbəkistanda 3-cü qələbəsini qazandı

15:31

İPL-in ən yaxşı futbolçusu müəyyənləşdi

15:11

Azərbaycan boksçuları Macarıstanda 2 medal qazandı

15:04

Ən yaxşı gənc oyunçu adına namizədlər açıqlandı - Bellingem siyahıda yoxdur

14:45

Stefano Piolini Fonseka əvəzləyəcək

14:15

Lamiyə Parisdə dünya çempionu oldu

13:49

Koul Palmer bütün rəqiblərini qabaqladı

13:15

"Sumqayıt" "Sabah"a qarşı bir itki ilə mübarizə aparacaq

12:41

Azərbaycan ilk dəfə Dünya Kubokuna ev sahibliyi edəcək

11:42

Peşəkar Çövkən Liqası start götürür

11:13

Azərbaycanın 5 güləşçisi Avropa çempionatının finalında

10:50

Ronaldu yeni rekorda imza atdı

10:17

"Böyük futbolçular xüsusi klublarda oynamaq istəyirlər" -  Kilian Mbappe

09:47

Şahruddin 90+2-də əvəzləndi, komandası...

00:48

"Bunu heç xoş qarşılamadım" - Qurban Qurbanov

Facebookdan bizi izləməyi unutmayın.
X