Çempionlar Liqasında (ÇL) 1-ci təsnifat mərhələsinin cavab oyunlarına start verilib.
Fanat.Az xəbər verir ki, Avropanın arenaları qitənin ən nüfuzlu klub turnirinin 12 matçına şahidlik edib.
Ilk oyun günündə Estoniyanın "Flora", İsveçin "Malmö", Cəbəllütariqin "Linkoln", Moldovanın "Şerif", Macarıstanın "Ferentsvaroş", Sloveniyanın "Mura", Rumıniyanın ÇFR, Finlandiyanın HİK, Litvanın "Jalgiris", Slovakiyanın "Slovan" (Bratislava), Bolqarıstanın "Lüdoqorets"komandaları Avropanın ən nüfuzlu klub turnirində növbəti mərhələyə yüksəlib.
Rumıniya ÇFR-i və Slovakiya təmsilçisi "Slovan" məğlub olsalar da, əlavə vaxtda vurduqları qolla mərhələ adlayıblar.
Qeyd edək ki, Azərbaycanın ÇL-dəki təmsilçisi "Neftçi” cavab matçına bu gün çıxacaq. "Ağ-qaralar” səfərdə məğlub etdiyi Tiflis "Dinamo”sunu bu dəfə Bakıda qəbul edəcək.
UEFA Çempionlar Liqası
1-ci təsnifat mərhələsinin cavab oyunları
13 iyul
Hamrun Spartans (Malta) – Flora (Estoniya) 0:3
(İlk oyun – 0:2)
Linkoln (Cəbəllütariq) – Fola (Lüksemburq) 5:0
(İlk oyun - 2:2)
Riqa (Latviya) – Malmö (İsveç) 1:1
(İlk oyun - 0:1)
Şerif (Moldova) – Teuta (Albaniya) 1:0
(İlk oyun - 4:0)
Priştina (Kosovo) – Ferentsvaroş (Macarıstan) 1:3
(İlk oyun - 0:3)
Mura (Sloveniya) – Şkendiya (Şimali Makedoniya) 5:0
(İlk oyun - 1:0)
Borats (Bosniya və Herseqovina) – ÇFR (Rumıniya) 2:1
(İlk oyun - 1:3)
Buduçnost (Monteneqro) – HİK (Finlandiya) 0:4
(İlk oyun - 1:3)
Linfild (İrlandiya) – Jalgiris (Latviya) 1:2
(İlk oyun - 1:3)
Şemrok Rovers (İrlandiya) – Slovan (Slovakiya) 2:1
(İlk oyun - 0:2)
Şaxtyor (Qazaxıstan) – Ludoqorets (Bolqarıstan) 0:1
(İlk oyun - 0:1)
Valyur (İslandiya) – Dinamo (Zaqreb, Xorvatiya) 0:2
(İlk oyun - 2:3)