Tokionun Olimpiya kəndi ərazisində ilk koronavirusa yoluxma aşkarlanıb.
Fanat.Az xəbər verir ki, məlumatı NHK yayıb.
Xəstənin kimliyi açıqlanmasa da, onun idmançı deyil, təşkilati işlərlə bağlı ölkə xaricindən gələn şəxs olduğu bildirilir.
Xatırladaq ki, Tokio Yay Olimpiadası 2020-ci ilin yayında baş tutmalı idi. Lakin koronavirus pandemiyası səbəbindən yarış bir il təxirə salındı. Oyunlar bu il 23 iyul - 8 avqust tarixləri arasında keçiriləcək. Yarışa xarici azarkeşlər buraxılmayacaq.
Emin Şəmsiyev