Norveçin qadın həndbol komandası Bolqarıstanda keçirilən Avropa Çimərlik Həndbol çempionatında qalmaqala səbəb olub.
Fanat.Az xəbər verir ki, komanda üzvlərinin geyimi Norveç Həndbol Federasiyasının cəzalandırılması ilə nəticəənib.
Belə ki, qadın həndbolçular qaydalara uyğun olaraq oyuna çimərlik geyimində yox, şortikdə çıxıb. Rəsmi geyim qaydası pozulduğuna görə Beynəlalq Həndbol Federasiyası Norveçi 1500 avro cərimə edib.
Məlumata görə, Norveç millisinin üzvləri rəsmi geyimlərin çox açıq-saçıq olduğunu bildirərək şortik geyinmək istəyiblər. Amma Beynəlalq Həndbol Federasiyası onların istəyini qəbul etməyib. Norveçli idmançılar isə bunu qəbul etməyərək İspaniyaya uduzduqları üçüncü yeri uğrunda oyuna şortiklə çıxıblar.
Milli komandanı müdafiə edən Norveç Həndbol Federasiyasının prezidenti Kare Qeyr Lio olayla bağlı bunları deyib: "Əlbətdə cəriməni biz ödəyəcəyik. Hamımız eyni gəmidəyik".
Avropa Həndbol Federasiyasının sözcüsü Andrey Barrinqer də olayla bağlı açıqlama verib. Onun sözlərinə görə, təmsil etdiyi qurum da geyim qaydalarında dəyşiklik istəyir. Amma Beynəlalq Həndbol Federasiyası buna razı deyil: "Avropa Beynəlalq Həndbol Federasiyası milli federasiyaların istəyi ilə qaydaları dəyişmək istəyir. Amma yekun qərarı Beynəlalq Həndbol Federasiyası verir".