Özbəkistanlı idman gimnastı Oksana Çusovitina özünə məxsus olan rekordu yeniləmək ərəfəsindədir.
Fanat.Az xəbər verir ki, 7 Olimpiya Oyunlarına qatılmaqla qadın gimnastlar arasında rekord müəyyənləşdirən 46 yaşlı Çusovitina Tokio 2020-də də iştirak edəcək.
O, sonuncu Olimpiadası olacağını açıqladığı Tokio 2020-nin açılış mərasimində Özbəkistanın qadın bayraqdarı da seçilib.
Qeyd edək ki, Rusiyada doğulan Çusovitina MDB ölkələrindən ibarət Birləşmiş Komandanın heyətində Barselona 1992-nin qalibi olub, Almaniya bayrağı altında çıxış etdiyi Pekin 2008-də isə gümüş medal qazanıb.
Sahib Əsədbəyli