01:42 22.07.2021 699

\"Rəqibi keçmək ümidi ilə cavab görüşünü gözləyirəm\" - Samir Abasov

"Bugünkü oyundakı kimi motivasiya ilə cavab görüşünə çıxacağıq. Azarkeşlərə müraciət edirəm: Sizin dəstəyinizə ehtiyacımız var. Bu rəqibi keçmək ümidi ilə cavab görüşünü gözləyirəm. Bu matçadək inam necə idisə, indi daha da artdı. Bir oyun yetərli deyil, cavab görüşünü də gözləyək".

Fanat.Az xəbər verir ki, bunu "Neftçi"nin baş məşqçisi Samir Abasov Yunanıstanda "Olimpiakos"a 0:1 hesabı ilə uduzduqları Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.

43 yaşlı mütəxəssis futbolçulara təşəkkürünü bildirib: "Onlar həddindən artıq gərgin oyunun altından çıxdı. Sevindirici haldır ki, meydanda münaqişə baş vermədi".

Abasov meydanda baş verənlərin gərginlik yox, emosiya olduğunu bildirib. O, 43-cü dəqiqədə Namik Ələskərovun zədəsinin ciddi olduğunu bildirib: "Hamı gördü ki, bu, Samirdir. Azarkeşlərlə də insident oldu. Burun, almacıq və kəllə-beyin nahiyəsindən sınıqları var. Çox üzücü xəbərdir. Bu cür oyunçunun zədə alması bizə, futbolçularımıza pis təsir etdi. Cavab görüşünü onun üçün oynayacağıq. Meydanda baş verənlər emosionallıqdan irəli gəlirdi. Rəqib futbolçular vaxtı öldürürdülər".

Baş məşqçi oyunda qırılma nöqtəsi kimi 63-cü dəqiqədə Mert Çelikin qırmızı vərəqə almasını göstərib. Onun fikrincə, rəqib 43-cü dəqiqədə azlıqda qaldıqdan sonra futbolçularında inam başlayıb. Lakin Çelikin meydandan qovulması meydanda balans yaradıb və "Olimpiakos"a hücumlara açılmaq imkanı verib: "Eybi yox, Mert cavandır. İstəmədən etdi. Bəlkə də elə etməsəydi, rəqib qol vuracaqdı".

Abasov mərhələ adlamaq üçün əllərindəki materialın önəmli olmadığını, onların özlərini necə göstərmələrini vacib sayıb: "Bu gün rəqibin necə oynaması və sənin necə qarşılıq verməyin daha vacibdir. Bu gün biz psixoloji maneəni aşdıq, Motivasiya və xarakter hesabına nə isə edə bilərik. Rəqibdən də çox şey asılıdır. Əsas odur ki, onlara uşaqlar necə cavab verəcəklər".

Yay təlim-məşq toplanışını yaxşı keçmələrinə kənar amillərin təsir göstərdiyini söyləyən baş məşqçi bəzi futbolçuların istənilən səviyyədə hazırlıq prosesi görmədiklərini vurğulayıb: "Emin Mahmudov həqiqətən də yorulmuşdu, Sabir Buqrinin əvəzlənməsi isə bununla bağlı deyildi. Biz də on oyunçu ilə qaldıqdan sonra bir qədər yorulduq. Amma Bakıda son 15 dəqiqəlik bölümdəki yorğunluq olmayacaq".

Abasov bildirib ki, cavab görüşündə yaratdıqları imkanlardan yararlanmaq mümkün olacaq: "Bu oyunda 7 zərbəmizdən 4-ü qapı çərçivəsinə getdi. İnanıram ki, cavab görüşündə zərbələrimiz dəqiq olacaq və mərhələni keçən biz olacağıq".

Mənbə: Report.az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

15 May 2025
13:15

Azərbaycan millisinin üzvü Dünya Kubokunda iştirak edəcək

12:56

La Liqada cəmi iki mövsüm davam gətirdilər

12:37

Stolüstü tennis üzrə ölkə çempionatının ilk qalibləri bilindi

12:19

Hələ "Real" tarixində Mbappe kimisi olmamışdı - Di Stefanonun rekordu yeniləndi

12:01

Asensio və üç keçmiş "Real"lıya qarşı cinayət işi açıldı

11:43

Konseysau finalda "Bolonya"dan aldıqları məğlubiyyəti belə şərh etdi

11:24

Azərbaycan gimnastları Avropa kubokunda mübarizəyə başlayırlar

11:05

Erik Dayerin yeni klubu bəlli oldu - RƏSMİ

10:46

Yeddi ölkə III MDB Oyunlarında iştirakını rəsmən təsdiqləyib

10:27

Almaniya nəhəngi yeni transfer reallaşdırdı - RƏSMİ

10:08

AFFA rəhbərliyi FIFA-nın Konqresində iştirak edəcək

09:49

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:27

"Barselona"nın ulduzu üçün mövsüm bitdi

09:00

"Liverpul" Aleksandr-Arnolda əvəzləyici tapdı - Razılıq əldə olundu

01:33

İspaniya La Liqası: "Real"dan əzmkar qələbə

01:19

"Milan" İtaliya Kubokunu qazana bilmədi

00:48

Yüngül çəkidə yeni çempion Las Veqasda müəyyənləşəcək

00:20

"Barselona" axtardığı qapıçını İspaniyada tapdı

14 May 2025
23:44

"Qalatasaray" Türkiyə Kubokunu darmadağınla qazandı

23:17

Kanadalı hücumçu Fransa klubundan gedəcəyini təsdiqlədi

22:45

"Bayer"in lideri "Liverpul"da - Valideynləri ilə İngiltərəyə yollandı

22:09

Cüdo hakimləri üçün nəzəri və praktiki seminar təşkil olundu

21:46

Azərbaycanın sərbəst güləşçiləri İranda turnirdə iştirak edəcəklər

21:15

Azərbaycan taekvondoçusu dünya birinciliyində bürünc medal qazandı

20:57

"Sabah" ardıcıl 3-cü dəfə ABL-in qalibi oldu

20:51

Dünya futbolunda yeni rekord - Braziliyalı vinger tarixə düşdü

20:19

"Real" 24 dəqiqə meydanın bizə aid olan hissəsində topa toxuna bilməmişdi" - Flik

19:48

Azərbaycan millisinin DÇ-2026-ya başlayacağı arena müəyyənləşdi

19:11

Maxaçev yarım orta çəkidə titul qazanmaq üçün kəmərindən keçdi

18:51

Ulduz futbolçunun atası meydanda döyüldü - FOTOLAR

18:10

Millimizin Ukrayna yığması ilə matçının yeri bilindi

17:47

"Xankəndi" yarımfinalın ilk oyununda darmadağına sevindi

17:28

Fabreqas qalacaq, rəhbərlik transferlərə milyonlar ayıracaq - MƏBLƏĞ

17:10

"Real"ın qapıçısı zədələndi - RƏSMİ

16:53

"Sampdoriya" tarixində ilk dəfə bu aqibəti yaşadı

16:35

"Atalanta" rəhbərliyi Qasperinini saxlaya biləcəkmi? - SON DURUM

16:17

Stolüstü tennis üzrə Azərbaycan çempionatına start verildi

15:58

"Bayer Leverkuzen" Xabi Alonsonu kiminlə əvəzləyəcəyinə qərar verdi

15:39

Premyer Liqa klubunun hücumçusu yenidən komaya düşdü

15:20

"Şalke" Kariusla bağlı qərarını verdi - SON DURUM

Facebookdan bizi izləməyi unutmayın.
X