"Çox çətin oyun oldu. Matçın ilk yarısından sonra çətinliklər yaşadıq. Sistem dəyişikliyindən də yararlanmalı olduq. Əminik ki, cavab görüşündə əlimizdən gələni edəcək, rəqibin güclü oyununa hazır olacağıq".
Fanat.Az xəbər verir ki, bunu Yunanıstan "Olimpiakos"unun baş məşqçisi Pedro Martins evdə "Neftçi"yə 1:0 hesabı ilə qalib gəldikləri UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.
51 yaşlı mütəxəssis bildirib ki, çətinliklərə rəğmən, meydana yeni daxil olanlar oyunun gedişinə müsbət təsir göstrəriblər.
Portuqaliyalı baş məşqçi Azərbaycanda məşq etməyəcəklərini və Bakıya hazır formada gedəcəklərini söyləyib: "Stadionda vəziyyət necə olsa da, biz ora hazır gedəcəyik".
Qeyd edək ki, cavab görüşü iyulun 28-də "Bakcell Arena"da keçiriləcək.
Mənbə: Report.az