23:01 22.07.2021 842

\"Təki İsraildə meydança daha yaxşı olsun\" - Qurban Qurbanov

"Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Konfrans Liqasının 2-ci mərhələsi çərçivəsində İsrailin "Aşdod” komandasına qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb. 

Fanat.Az xəbər verir ki, Qurbanov 0:0 hesabıyla bitən matçdan sonra baş tutan mətbuat konfransında belə danışıb:
 
- Çox istərdik ki, sizlərə qələbə hədiyyə edək, alınmadı. Futbolçular çox əziyyət çəkdilər. Yaxşı müdafiə olunan komandaya qarşı oynadıq. Belə isti havada futbolçuların daha tez yorulacağını düşünürdüm. Futbolçular çox çalışdılar. Oyun intizamı yerindədir. Rəqibin təhlükəli əks hücumları var. Bunların birində də Maksim Medvedev qırmızı vərəqə aldı. Bu, son deyil. Qarşıdakı oyuna hazırlaşacağıq. Qələbə üçün hər şeyi edəcəyik.
 
- Növbəti oyunda müdafiənin mərkəzində kim oynayacaq?
- Vaxtımız var. Bəzi matçlarda Qara Qarayevi o mövqedə oynatmışıq. Görək, necə olacaq. Müdafiəçilərimiz bir-bir sıradan çıxır. Son zamanlarda komandada belə vəziyyətin nə vaxt olduğu ağlıma gəlmir. Hələ oyuna 6-7 gün vaxtımız var.
 
- Bu heç-heçə sanki rəqibə inam verdi ki, "Qarabağ"ı məğlub etmək olar. Sizcə, risk varmı?
- Son vaxtlarda futbol dəyişir. Favoritlər bəzən arxa plana keçir. Bizim komanda neçə illərdir qurulub. Artıq bir yerdən sonra görürsən ki, nələrisə dəyişmək lazım olur. Bizdə də dəyişikliklər gedir. Hər mövqe üçün futbolçu axtarırıq. Dəyişikliklər zamanı belə nəticələr gözləniləndir. Biz oyunumuzu daha yaxşılaşdırmalıyıq. Rəqibə demək olar qol epizodu vermədik. "Qarabağ"a qarşı səfərdə belə nəticə istənilən rəqibə inam verə bilər.
 
- Heyət kasadlığı aşkar hiss edilir. Yeni futbolçu transfer etməkdə çətinlik çəkirsiz. Məsələ maliyyə ilə bağlıdırmı?
- Biz Azərbaycan reallığında olmayan təkliflər etmişik. Böyük klubların transfer büdcələri olur. 80-90 faiz istədiyimiz futbolçular Azərbaycana gəlmək istəmir. Bilmirəm, bu, nə ilə bağlıdır. İnanın ki, demək olar ki, çox detallarda razılaşırıq, ancaq sonda Azərbaycana gəlmək istəmirlər. Yəqin ki, "Neftçi"də də belə hallar olur. Bundan 7-8 il əvvəl legioner gətirmək daha rahat idi. Keçmişdə gələn legionerə baxsaz, bunu başa düşərsiz. Türkiyə klublarına baxırsız, bəlkə də, orda 18 legioner var. Limit məsələsinə görə futbolçular Azərbaycandansa, orda getməyi üstün tuturlar. Biz öz oyunumuzu yaxşılaşdırmalıyıq. Ehtiyatımız zəifdir. Mən bu gün Ozobiçi qorxa-qorxa meydanda saxladım. Zubir son 4-5 gündür komanda ilə məşq edirdi. Belə problemlərimiz var. Digər tərəfdən də müdafiəçilərimiz sıradan çıxır. Bizim bir sistemimiz var, onu daha da yaxşılaşdırmağa çalışırıq. Ulduz futbolçuların belə vaxtları olur və sabit çıxış edir. Bizim də belə bir vaxtımız var idi. Ardıcıl neçə il yaxşı səviyyədə çıxış edirdik. Düşünürəm ki, vəziyyət düzələcək və yenidən legionerlər Azərbaycana daha rahat gələcək.
 
- Meydançadan razı qaldızmı? Rəqibin baş məşqçisi İsraildə daha yaxşı meydançaların olduğunu dedi...
- Meydança problemi var idi. Yaşıl görünsə də, elə deyildi. Bəzən futbolçular topu yaxşı ötürə bilmirdilər. Təki İsraildə meydança daha yaxşı olsun.
 
- Uzun müddət Çempionlar Liqasında çıxış etmisiz. Konfrans Liqasında iştirak etmək futbolçulara psixoloji təsir edirmi? 
- Mütləq təsiri var. Amma biz Çempionlar Liqasına vəsiqə qazanmaq üçün də neçə il mübarizə apardıq. Klub olaraq get-gedə böyüyürük. İstəyirik ki, burada da yaxşı nəticələr əldə edək. Yenidən bütün komanda olaraq çalışacağıq ki, Çempionlar Liqasına vəsiqə qazanaq.
 
- Yerini doldura bilmədiyiniz hansı futbolçunun adını qeyd edə bilərsiz? 
- Hamısının (gülür). Ümid edirəm ki, yaxın zamanlarda yenidən yaxşı kollektiv formalaşdıra bilərik. Ötən il Avroliqanın qrup matçlarında komandamdan razı qalmışdım. Bütün oyunları neytral meydanda oynasaq da, çox yaxşı oyun göstərirdik. İdmanda, həyatda ayrılıqlar olur. İnsan ilboyu sağlam ola bilməz. Futbol da belədir. Bəzən düşünmədiyin anda zədələr artır.
 
- Cavab matçında qələbə üçün oynamaq lazımdır. Riskə gedəcəksiz?
- Belə getsə, deyəsən, 2 müdafiəçi ilə oynayacağıq (gülür). Biz hər zaman ehtiyatımızı qorumalıyıq. Rəqib çox yaxşı əks-hücumlar edir. Mən heç vaxt müdafiədən oynamaq düşüncəsində olmamışam. Çalışırıq ki, topa sahib olmaqla hücuma çıxaq. Elə ola bilər ki, hücumda müdafiəçi yaxından iştirak etsin. Bu gün Abbas müdafiədə olsa da, hücumda qol vurmağa çox yaxın oldu. Bizim oyun üslubumuz var. Lazım olanda meydandakı hər kəs hücumçudur. Biz həmişə ehtiyatımızı saxlamalıyıq. Qələbə istəyiriksə, rəqibin həmlələrinin qarşısını almalıyıq. Rəqib bu gün istəkli görünürdü. İsrail çempionatının da səviyyəsi artır. Qarşıda 5-6 gün var. Ramil, Zubir, Filip daha yaxşı formada olacaq. Belə olsa, bizim hücumlarımız daha effektli olacaq. Bununla yanaşı, müdafiəni də unutmamalıyıq. Rəqibi tam təhlil etdikdən sonra qərar verəcəyik.
 
- Ramil Şeydayevin çıxışı sizi qane etdimi?
- Bu gün Ramildən tam razı qala bilmərəm. O, tam hazır deyildi. Toplanışa gec qoşuldu. Hələ öz potensialını ortaya qoya bilməz. Ramilin ən böyük üstünlüyü işgüzarlığıdır. Buna görə fiziki durumu daha yaxşı olmalıdır. Ramilin daha yaxşı olması üçün hər şeyi edəcəm.
 
- Mussa Əl Tamari "Qarabağ"a gələcəkmi?
- Yox, gəlməyəcək.
 
- Bu mövsüm üçün məşqlərdə penalti zərbələrinə xüsusi yer ayıracaqsızmı?
- Məşqlərdə hər zaman futbolçuları penaltilərə hazırlaşdırıram. Bunu düşünərək etmirəm. İlboyu baxırıq ki, kimin penalti qabiliyyəti necədir. Əfsuslar olsun ki, bizdə yaxşı penalti vuranlar çox deyil.
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

19 May 2024
19:40

Emiliya-Romanya Qran-prisinin qalibi bilindi

19:11

"Bayer Leverkuzen"dən tarixi ilk

18:40

Kaxaber Tsxadadze "Araz-Naxçıvan" üzərində qələbəni şərh etdi

18:15

"Qəbələdə özümü rəqib kimi hiss etmədim" - Elmar Baxşıyev 

17:54

MPL: "Qəbələ" ardıcıl üçüncü qələbəsini qazandı

17:40

Azərbaycanın 3 cüdoçusu DÇ-nin ilk günündə uğursuzluqla üzləşdi

17:12

"Beş aydan sonra meydana çıxmaq məni həyəcanlandırdı"

16:54

"Həmişə nə vaxtsa İspaniyaya qayıdacağımı düşünmüşəm" - Mikel Arteta

16:22

Krivotsyuk sonadək oynadı, komandası...

16:05

"Qəbələ"nin kapitanına xüsusi mükafat verildi

15:29

Şəhid İlham Kazımovun xatirəsinə həsr edilən turnir başa çatdı

15:14

Mourinyu "Beşiktaş"a gəlir - Klub rəsmisi açıqladı

14:30

"Məhsuldarlığımı daha da artırmaq istərdim, amma..."

14:16

"Sabah" Türkiyədə 4-cü oldu

13:56

Qvardiola növbəti mövsümə harada başlayacağını dedi

13:18

Alleqrinin yerini o tutdu - RƏSMİ

12:55

Teves postunu tərk etdi

12:23

Voleybol məşqçiləri üçün seminar keçirildi

12:00

"Qələbəyə layiq idik" - Ozobiç "Neftçi"dən gedir?

11:27

Enrike 3 futbolçunun PSJ-də qalmasını istəmir - ADLAR

10:58

Azərbaycan seçməsi Ukraynaya qarşı

10:21

ABL: Final mərhələsinin ikinci oyununda kim sevinəcək?

10:00

"Yaratdığımız imkanlardan faydalana bilmədik" - Pedro Nuno

09:00

Günün oyunları bu kanallarda - AFİŞA 

18 May 2024
23:22

Renat oynadı, komandası "Beşiktaş"a uduzmadı

23:00

"Hər şey öz əlimizdədir" - Azər Salahlı

22:19

"Hakim məsələsini atın kənara, hər şey bəllidir"

21:44

"Tottenhem" müdafiəçisini Avropa nəhənginə satır

21:28

"Futbolçularım fantastik oynadılar" - Krunoslav Renduliç

20:31

"Neftçi"nin qələbəsinə kölgə salmaq istəmirəm, amma..."

20:12

"O qoldan sonra oyun açıldı" - Miodraq Bojoviç

19:45

Adil Şükürov "Zirə"yə məğlubiyyəti şərh etdi

19:25

"Bizdə 5-6 səviyyəli hakim var, amma bu, kifayət etmir" - Rəşad Sadıqov 

18:58

"Neftçi ilə "Zirə"dən qələbə, "Sumqayıt" "Sabah"la bacarmadı

18:26

Aleks de Souza Super Liqa klubunda

17:53

AFFA Yüksək Qızlar Liqasında 2023/2024 mövsümünə yekun vuruldu

17:30

AÇ-2024: Serbiya millisinin ilkin heyəti bilindi

16:57

Azərbaycan boksçuları Rusiyadakı turniri 5 medalla başa vurdular

16:13

"Bu mövsüm sərgilədiyim oyundan razıyam" - İPL-in ən yaxşı oyunçusu

15:47

Azərbaycan millisi Özbəkistanda 3-cü qələbəsini qazandı

Facebookdan bizi izləməyi unutmayın.
X