Yeni mövsümün hazırlığını Bakıda davam etdirən "Zirə" bu gün yoxlama oyununda qüvvəsini sınayacaq.
Fanat.Az xəbər verir ki, məlumatı klubun rəsmi "facebook" səhifəsi yayıb.
Xəbərə görə, paytaxt təmsilçisi son mövsümün gümüş mükafatçısı "Qarabağ"la qarşılaşacaq.
Qeyd edək ki, "Zirə" mövsümlərarası hazırlıq çərçivəsində daha 2 yoxlama oyunu keçirəcək. Rəqiblərin adı hələki ictimaiyyətə açıqlanmayıb.