İyulun 15-də "ASCO Arena”nın direktoru postunu tərk edən Rza Həsənovun yeni iş yeri məlumdur.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, Həsənov söz verdiyi kimi, futboldan kənar sahəyə üz tutub. Belə ki, o, Xalça Muzeyində işə başlayıb. AFFA-nın sabiq əməkdaşı menecer vəzifəsinə təyin olunub.
Qeyd edək ki, bu ilin martında "Azərxalça” ASC-yə Emin Məmmədov rəhbər təyin olunub. O, AFFA-nın baş katibi Elxan Məmmədovun qardaşıdır.
Mirağa